BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
13542

“Əminəm ki, gələcəkdə Ağdam Azərbaycanın vizit kartı olacaq”.

Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən Kiyevin turizm imkanlarının təqdimatının nəticələrinə həsr olunmuş mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy bildirib.

“Bir vaxtlar gözəl şəhər olmuş Ağdamda müharibə vaxtı yalnız müşahidə məntəqəsi kimi istifadə edilmiş məscidin salamat qalmasını görmək ürəksıxıcı haldır”, - diplomat bildirib.

Səfir Ağdama səfər etdiyini və şəhərin erməni işğalından sonrakı vəziyyətini gördüyünü xatırladıb:

“Uzaqdan, şəhərin girişindən tank və piyada əleyhinə minaların partlayış sıxlığı hiss olunurdu. Bu o deməkdir ki, ərazidə minalardan təmizlənmə işləri və digər aksiyalar həyata keçirilməlidir. Bu, keçməsi çox çətin olan təəssüratdır. Amma əminəm ki, bir neçə ildən sonra elə bir şeyin şahidi olacağıq ki, bu, həm azərbaycanlılar üçün qürurverici olacaq, həm də xarici turistləri cəlb edəcək. Əminəm ki, bu şəhər Azərbaycanın vizit kartı olacaq”.

Diplomat Azərbaycanın işğaldan azad edilmiş əraziləri haqqında jurnalistlərin suallarını cavablandırarkən nə vaxtsa Ukraynanın və Azərbaycanın inzibati-ərazi vahidləri, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonları arasında müqavilələrin bağlanacağına əmin olduğunu bildirib.

“Bəs indi turizmə nə mane ola bilər? Regionlarda həyat fəaliyyətini bərpa etməzdən öncə minalardan təmizlənmə işləri aparılmalıdır. Bu məsələdə Ukrayna və Azərbaycan çox sıx əməkdaşlıq edirlər. Bu, çox uzun prosedurdur, çünki mürəkkəb, sistemli işdir”, - V.Kanevskiy əlavə edib.

Səfir işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi probleminin mümkün qədər tez həllini tapacağına və Kəlbəcərin ukraynalılar üçün turizm istiqamətlərindən biri olacağına əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

İşdən çıxarılanların nəzərinə: Bu halda əmək haqqı ödənilməlidir

ABB əməkdaşlarının futbol oyununa 25 min manat xərcləyəcək

"A-Qroup Sığorta"nın yığımları azalmaqda davam edir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin