BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
13524

Qərb mediasında və internet xidmətlərində baş verən problem aradan qaldırılıb.

Valyuta.az xəbər verir ki, bu barədə ABŞ-ın "bulud" hesablamaları provayderi "Fastly" şirkətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, nasazlıq yerli vaxtla saat 10:57-də (Bakı vaxtı ilə 14:57-də) aşkar edilib və artıq aradan qaldırılıb. Nasazlığın səbəb bildirilmir. Problemlər təxminən bir saat ərzində müşahidə edilib.

Xatırladaq ki, iyunun 8-də "Financial Times", "The New York Times", "Bloomberg News", CNN, WSJ və digər nəhəng media saytlarının işində problemlər yaranıb. Bundan başqa, "Amazon", "Spotify", "Twitch", "Reddit", "Stackoverflow", "GitHub", "PayPal" və digər internet xidmətlərinin veb-səhifələrində də dayanmalar qeydə alınmışdı. Daha əvvəl "Financial Times" qəzeti nasazlığın səbəbini "Fastly" CDN provayderində qeydə alınmış qəza olub.

Çərşənbə axşamı bir sıra Qərb mediası və xidmətlərinin, xüsusən Britaniyanın internet səhifələri açılmır. Bəzi KİV və servislərin səhifələrinin hazırda da işləməməsinin şahidi olmaq mümkündür.

Xarici mətbuatın verdiyi məlumata görə, xüsusilə, Britaniya hökumətinin veb-saytı açılmır. Bir müddət öncə isə "Financial Times" qəzetinin veb-səhifəsi işləmirdi. "The Guardian" qəzeti "Twitter" səhifəsində qeyd edib ki, qəzetin saytı və mobil tətbiqi hazırda internetin miqyaslı kəsilməsi səbəbindən açılmır.

"Downdetector" portalının məlumatına görə, "The New York Times" qəzetinin elektron versiyasında da nasazlıq yaranıb. Bundan başqa, "Amazon" xidməti və qlobal onlayn ödəmə sistemi "PayPal"la da bağlı problemlər müşahidə olunur.

"Associated Press" hadisənin mümkün səbəbini ABŞ-ın "bulud" xidmətləri təminatçısı "Fastly" şirkətinin işindəki nasazlıqlarla əlaqələndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

İşdən çıxarılanların nəzərinə: Bu halda əmək haqqı ödənilməlidir

ABB əməkdaşlarının futbol oyununa 25 min manat xərcləyəcək

"A-Qroup Sığorta"nın yığımları azalmaqda davam edir

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Nazirlikdə keçirilən tədbirlərə 2 milyon 300 min manat pul xərclənib

Bu vulkanların ərazisinə giriş dayandırıldı

Yeni nəsil kassa aparatları ilə dövriyyə 6 milyard manatı ötüb

Mərkəzi Bank “Azərpoçt”u cərimələdi - 50 000 ödəyəcək

Bakıda iaşə dövriyyəsi 220 milyon manatı ötüb

Azərbaycanda startap və innovasiyalar üçün dəstək mexanizmləri özünü doğruldurmu?

Bakı şəhərində ticarət dövriyyəsinin həcmi neçə faiz artıb? - STATİSTİKA

SOCAR-ın törəməsinin adı dəyişdirildi, yeni rəhbər təyin edildi - FOTO

Dünya təcrübəsinin tətbiq olunduğu Aqropark - Ağsu Aqroparkı

Bakıda işləyənlər 1 332 manat əməkhaqqı alır - RƏSMİ

Bakıda işləyənlər 1 332 manat əməkhaqqı alır - RƏSMİ

Sığorta daxilolmaları artıb - İşsizlikdə 14%-lik yüksəliş

Kompüter təmiri ilə məşğul olan sahibkar nə qədər vergi və sosial ödənişlər etməlidir?

Yumurta ixracının artması Türkiyədə qiyməti 2 dəfə bahalaşdırıb

Qarabağ bölgəsində 150 ​​min yeni iş yeri açılacaq

Sabiq nazir müavininə Naxçıvanda yüksək vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin