BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
13473

Azərbaycanda şirkətlərə rəhbərlik edən (qanuni təmsilçilər) şəxslərin kim olduğu ictimaiyyət üçün açıq olsa da, şirkət sahiblərinin (təsisçi, səhmdar) kim olduğu əksər hallarda bilinmir.

Yalnız bank və sığorta şirkətlərinin sahibləri (səhmdarları) haqqında məlumatlar insanlar üçün əlçatandır.

Bu səbəbdən həmin şəxslərin banklar və sığorta şirkətlərində nə qədər səhmlərinin (pulunun) olduğunu bilmək mümkündür.

Qeyd edək ki, açıqlanan məlumatlara görə hazırda Azərbaycanda ən çox pulu olan qadın Zərifə Həmzəyeva hesab olunur. Zərifə Həmzəyeva "Premium Bank” ASC-nin əsas səhmdarıdır. Bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur. Bu isə o deməkdir ki, “Premium Bank” ASC-də Zərifə Həmzəyevaya məxsus 130,6 milyon manat var. Mətbuatın yazdığına görə, nizamnamə kapitalı 26,5 milyon manat olan “Gazelli Group” MMC-nin də təsisçisi Zərifə Həmzəyevadır.

Onu da bildirək ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək “Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və “Premium Bank” adlandırılıb. Bankın əsas səhmdarı olan Zərifə Həmzəyeva “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.

Yeri gəmişkən qeyd edək ki, Azərbaycanın milyoner qadınları arasında Zərifə Həmzəyevanın qızları – Cəmilə və Məlahət Əsgərovalar da yer alıb.

“İpək Yolu” sığorta şirkətinin iki əsas səhmdarı (hər biri 38,7% paya sahibdir) arasında yer alan Cəmilə və Məlahət Əsgərovanın hər birinin 5,7 milyon manat sərvətinin olduğu məlumdur.
Azərbaycanda milyonlara sahib olan daha bir qadın Nigar İsmayıl qızı Mehdiyeva hesab olunur. “Bank BTB” ASC-nin əsas səhimdarı olan Nigar Mehdiyevanın bankdakı payı 74,9% –ə bərabərdir. Bu isə o deməkdir ki, Nigar Mehdiyevanın bankda 49,8 milyon manat vəsaiti var. Nigar Mehdiyevanın ixtisasca həkim olduğu bildirilir.

Məlumat üçün bildirək ki, mətbuatda Nigar Mehdiyevanın uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Sadıqovun qızı, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin isə gəlini olduğu yazılır və bu məlumat bugünə kimi təkzib olunmayıb.

Daha bir milyoner qadın “Rabitəbank” ASC-də 30%-lik paya sahib olan Validə Abbasovadır. Açıqlanan rəsmi məlumatlara görə Validə Abasovanın bankda 30,4 milyon manat pulunun olduğu bildirilir.

Azərbaycanda yaşayan və  1 milyon manatdan çox pulu olan qadınların adı və sahibi olduğu şirkətlərin (bank və sığorta şirkəti) siyahısını təqdim edirik (Yeniavaz.com):

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

İşdən çıxarılanların nəzərinə: Bu halda əmək haqqı ödənilməlidir

ABB əməkdaşlarının futbol oyununa 25 min manat xərcləyəcək

"A-Qroup Sığorta"nın yığımları azalmaqda davam edir

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Nazirlikdə keçirilən tədbirlərə 2 milyon 300 min manat pul xərclənib

Bu vulkanların ərazisinə giriş dayandırıldı

Yeni nəsil kassa aparatları ilə dövriyyə 6 milyard manatı ötüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin