BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
13393

“Turizm mövsümünün başlanması ilə bu sahədə çalışan vergi ödəyicilərinin aktivliyi artır. Artıq turagentlər aviabiletlərin satışına başlayıb, turpaketlərə təkliflər artıb”. 

Valyuta.az xəbər verir ki, bu sahədə vergi öhdəlikləri ilə bağlı yaranan suallara iqtisadçı ekspert Mahmud Abasquliyev aydınlıq gətirib.

Ekspert bildirib ki, turagent kimi fəaliyyət göstərən şirkət müxtəlif aviakompaniyalardan və otellərdən bilet alır və aldığı qiymətə də öz müştərilərinə təqdim edir: 

“Onun gəliri yalnız həmin biletin satışından bileti satan şirkətlə bağlanmış müqaviləyə əsasən razılaşdırılmış müəyyən faizli komissyadan gəlir. Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur”.

Onun sözlərinə görə, əgər vergi ödəyicisi əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmət göstərirsə, bu zaman onun rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatlarının həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmamalıdır. Həmin məbləğ 30 faizdən çox olduqda şirkət sadələşdirilmiş vergi ödəyici olmaq hüququnu itirərək mənfəət və ya gəlir vergi ödəyicisi olur.

“Bundan sonra mənfəət və ya gəlir vergisinin ödəyicisi olan aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.

Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir. Beləliklə, aviabilet və turpaketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən ƏDV-nin hesablanması Vergi Məcəlləsinin 172-ci maddəsinə əsasən aparılır”, - deyə Mahmud Abasquliyev vurğulayıb.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqlarının turpaketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edildiyini deyən ekspert qeyd edib ki, "Turizm haqqında" Qanuna əsasən, turagent dedikdə, turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxslər başa düşülür. 

Onun sözlərionə görə, qanuna əsasən, turagent tərəfindən həyata keçirilən fəaliyyətlərə bunlar aid edilir:

“Bunlar turların satışı və turizm məhsulunun hərəkətə gətirilməsi və satışıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan kiloqramı 17 manatdan ilbiz alıb

Deputatın şirkətinə 500 manatlıq sifariş

Çinin yeni sürprizi: USB-C-ni belə kölgədə qoyacaq kabel standartı - GPMI

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

55 avtomobil cəmi 123 000 manata - Növbəti avtomobil hərracı keçiriləcək

İsveç saatlarının idxalına nə qədər xərclənib?

Trampın "90 günlük fasilə"si və Çin üçün daha da artırılan faizlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Braziliya əlavə tariflərdən yayınmağa çalışan "Apple"ın yeni istehsal bazası ola bilər

Banklar vətəndaşın etibarını necə qazansın?

Banklar vətəndaşın etibarını necə qazansın?

İntellektual təhdid: "ChatGPT"yə danışılmaması tövsiyə olunan 5 məsələ

DTA Avropada yol şoularına 800 mindən çox ayırdı

"Şirkət “kupça”ları verməməklə əlavə pul qazanır, 3 min alır” – Bina sakini

3 manatdan 700 manata - Gün eynəklərinin "qış ixracı"

Nazir onu direktor təyin etdi

Nazir onu direktor təyin etdi

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

Bu universitet 1 gündə 2 tender elan etdi - İnfrastruktur yenilənəcək

​"Azsement LTD"nin borcu 250 mini ötdü

Himalay Məmişova iki 35 yaşlı müşavir təyin olundu (FOTO)

Qadınların pensiyaya çıxması qaydası dəyişir - DETALLAR

“Seyfulla & Kövsər” MMC-nin və “Akyol İnternational” MMC-nin istehsal etdiyi dəri tullantılarında infeksiya çıxdı - FOTOLAR

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Bu yerlərdə YDM-lərə icazə verilməyəcək - QƏRAR

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? - DOSYE

"Apple"ın iOS 19 dizaynı necə olacaq? (VİDEO)

Əyləncəli və rahat: Bu il uşaqlarla tətil üçün Avropanın ən yaxşı şəhərləri

Prezident onu rektor təyin etdi - Sərəncam

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin