
04.06.2021 / 16:16
Türkiyənin daha bir ixrac qatarı Çinə yola salınıb
13382
Türkiyədən Çinin Sian şəhərinə ixrac yükləri daşıyan daha bir konteyner qatarı Bakı limanından yola salınıb.
“ADY Konteyner” MMC-dən Valyuta.az-a verilən məlumata görə, qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir.
Konteynerlər operatoru “ADY Konteyner” MMC olan “Barıs” gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına çatdırılacaq. Konteynerlərdə Çinə Türkiyə istehsalı olan sənaye məhsulları daşınır.
Qatar Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edərək Bakıya çatıb.
Daşımanın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – “Pasifik Eurasia Logistics”, “GR Logistics”, “ADY Konteyner” və “KTZ Express” şirkətləridir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay