BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
13368

Yeni yaradılan tibb mərkəzləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərəcək.

Agentlikdən bununla bağlı Valyuta.az-a verilən məlumata görə, bu struktur dəyişikliklərini həyata keçirməkdə əsas məqsəd Bakı və Sumqayıt şəhərləri üzrə fəaliyyət göstərən dövlət tibb müəssisələrinin fəaliyyətinin effektiv təşkili və idarəolunmasını təmin etməkdir. 

Qeyd edilir ki, idarəetmənin mərkəzləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması və onların resurslarından səmərəli istifadə islahatın prioritet istiqamətlərindəndir. Eyni zamanda qeyd olunmalıdır ki, struktur dəyişiklikləri planı hazırlanarkən icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən pilot layihə və tibb müəssisələrinin potensialının qiymətləndirilməsi üzrə nəticələr nəzərə alınıb, mövcud vəziyyət araşdırılıb.

Yenilik haqqında məlumat verən Agentliyin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov bildirib ki, yeni mərkəzlər həmçinin əhatə etdikləri tibb müəssisələrinin kadr ehtiyaclarını müəyyənləşdirəcəklər:

“Burada məqsəd tibb müəssisələrinin ixtisaslı və peşəkar heyətlə komplektləşdirilməsini həyata keçirməkdir. Əvvəllər hər hansı rayon üzrə tibb müəssisəsində ixtisaslaşmış tibb mütəxəssisinə ehtiyac yarandığında onun digər xəstəxanalardan konsultant kimi cəlb olunması çətinlik törədirdi. Struktur dəyişikliyi isə vətəndaşlara çoxprofilli xidmət göstərməyə imkan verir, tibb personalının tibb müəssisələri üzrə düzgün paylanılmasına şərait yaradır. Belə ki, müəssisələrin kadr ehtiyacı qiymətləndirilir və ehtiyac yarandığı təqdirdə ixtisaslı həkimlərin işə cəlb olunması təmin olunur. Əgər müəyyən ərazi üzrə bir tibb müəssisəsində ixtisaslı həkim digərindən çox olarsa, həmin şəxs ehtiyac olan yerə təyin olunur”.

Onun sözlərinə görə, tibb mərkəzlərinin yaradılması xəstələrə Bakının ətraf rayonlarından uzaq məsafə qət edib mərkəzə gəlmədən öz inzibati əraziləri üzrə yerlərdə xidmət almalarına şərait yaradacaq: 

"Vətəndaşlar bu zaman vaxt itirmədən yaxın məsafədə yerləşən tibb müəssisəsinə müraciət edib rahat şəkildə tibbi xidmətdən yararlana biləcəklər. Beləliklə, islahatlar nəticəsində həm tibbi xidmətin keyfiyyəti artacaq, həm də onun əhali üçün əlçatanlığı təmin olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin