BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
13351

İşğaldan azad olunan torpaqlarda yenidənqurma və əhalinin köçü hazırda siyasi və ictimai sferanın əsas məsələlərindən biridir. 

Valyuta.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən rəy sorğusunda respondentlərin işğaldan azad olunan torpaqları ziyarət etmək niyyəti öyrənilib.

İnfrastrukturun tam bərpa olunması halında 67,1% respondent dərhal, 18% respondent isə bir neçə aydan sonra həmin yerləri ziyarət edəcəyini bildirib. 

Demək olar ki, hər 10 nəfərdən biri işğaldan azad olunan torpaqları yalnız bir neçə ildən sonra ziyarət etmək niyyətinin olduğunu ifadə edib. Cəmi 5% iştirakçı dövlətin təhlükəsizlik tədbirlərinin görülməsindən, ərazilərin minalardan təmizlənməsindən sonra ziyarət edəcəyini bildirib. 

Yaş və aylıq gəlir səviyyəsi artdıqca işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istəyənlərin çəkisi artır. Orta peşə-ixtisas təhsilli və ali təhsillilərin ziyarət niyyəti digər təhsil qruplarındakı şəxslərə nisbətdə daha yüksəkdir. 

Yuxarı Qarabağdan olan respondentlərin 86%-i işğaldan azad olunan torpaqları dərhal ziyarət etmək istədiyini deyib ki, bu da ən yüksək göstəricidir. Paytaxtda məskunlaşan respondentlərin isə 63,3%-i eyni cavab variantını seçib. 

Yaxın gələcəkdə işğaldan azad olunan torpaqlara getmək niyyətini özündə əks etdirən göstəricilərə münasibətdə bölgələr üzrə Quba-Xaçmaz və Lənkəran diqqət çəkir. 

Ziyarət niyyəti olan 861 respondentin ən çox getmək istədiyi yerlər kimi bu ərazilər önə çıxıb – Şuşa (85%), Kəlbəcər (53%) və Laçın (44,5%).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin