Xəbər
04.06.2021 / 12:07
Nazirlik rəsmisi: “Yay məktəbinin müddəti uzadıla bilər” - VİDEO
13348
“Hesab edirəm ki, builki təcrübə özünü doğruldarsa, növbəti illərdə yay məktəbinin 1 ay müddətində təşkil edilməsini düşünmək mümkündür”.
Valyuta.az xəbər verir ki, bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.
O bildirib ki, yay məktəbinin bu ildən uzadılması barədə valideynlər tərəfindən çağırışlar olarsa, rəhbərlik adekvat qərarlar qəbul edəcək:
“Bu il yay məktəbinin müddəti 2 həftə nəzərdə tutulub. Bu məktəblərin müddəti ilə bağlı beynəlxalq təcrübə var və ən çox 1 ay ərzində təşkil olunur. Təhsil Nazirliyi cəmiyyətdən gələn bütün çağırışlara açıqdır. Valideynlər tərəfindən belə müraciətlər olacaqsa, növbəti mərhələdə baxıla bilər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay