
04.06.2021 / 11:20
Bu tikinti şirkəti 1.6 milyon manatlıq dələduzluq edib - İTTİHAM
13341
Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan “Avro Qrand” MMC-nin rəhbərliyi 1,6 milyon manatlıq dələduzluqda ittiham olunur.
Valyuta.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə paytaxt sakini, 1965-ci il təvəllüdlü Hüseyn Əliyev DİN-ə müraciət edərək məlumat verib.
O bildirib ki, MMC-nin rəhbəri Xanlar Cəfərov və əməkdaşları – Allahverdi ilə İsmayıl obyekt almaq adı ilə onu aldadaraq 1 575 000 manat pulu alaraq mənimsəyiblər.
Müraciətlə bağlı Binəqədi RPİ-də araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay