Bu şəxslər yoluxmadan 6 ay keçmədən də vaksinasiya oluna bilər
“COVID-ə yoluxub, lakin test verib bunu rəsmiləşdirməyən xəstələr yoluxma hadisəsindən 6 ay keçmədən də vaksinasiya oluna bilər”.
Valyuta.az “APA”ya istinadən xəbıər verir ki, bu barədə sorğuya Səhityyə Nazirliyindən cavab olaraq bildirilib.
.Məlumatda qeyd olunub ki, orqanizmdə olan IgG-nin vaksinasiya üçün əks göstəriş olduğuna dair heç bir məlumat yoxdur: “Yəni koronavirusa yoluxan şəxsin orqanizmində sağaldıqdan sonra az miqdarda anticismlərin qalması vaksinasiyaya əks göstəriş deyil və hər hansı fəsad doğura bilməz”.
Qeyd olunub ki, xəstəliyi simptomsuz və ya yüngül keçirən insanların bəzilərində yaranan anticismlərin titri ya aşağı olur və ya ümumiyyətlə olmur. Bu səbəbdən seroloji müayinədə pozitiv nəticə olsa belə, peyvənd orqanizmə daha güclü dəstək göstərəcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay