Dünya
01.06.2021 / 10:37
Britaniya koronavirus pasportundan imtina edə bilər
13107
Böyük Britaniya ölkədəki böyük tədbirlər üçün koronavirus peyvənd pasportlarından istifadə planlarından imtina edə bilər.
Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətindəki mənbələrdən biri məlumat yayıb.
Bu fikrin inkişafında iştirak edən məmurlar peyvənd pasportlarının Birləşmiş Krallıqda təsirli olmayacağına əmindirlər.
Qəzetin yazdığına görə, peyvənd edilməsi barədə sübut xarici səyahət üçün məqbul sayıla bilər. Bu, digər ölkələrin giriş üçün oxşar sertifikat tələb etməsi ilə izah olunur.
Tənqidçilər Britaniyada ictimai tədbirlərdə oxşar tələblərin effektivliyindən şübhə edirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay