Dünya
31.05.2021 / 13:50
Çindən ABŞ-a qədər uzanan dəmir yolu xətti inşa ediləcək – YENİLİK
13047
Çin rəsmiləri yeni dəmir yolu xətti layihəsini Çin-Rusiya-Kanada-ABŞ marşrutu üzərində qurmağı planladığını açıqlayıb.
Valyuta.az xarici KİV-ə istinadən xəbər verir ki, 200 milyard dollara başa gəlməsi gözlənilən yeni dəmir yolu xəttinin 18 min kilometr uzunluqda olacağı gözlənilir.
Layihənin maraqlı tərəfi bu dəmir yolu xəttinin bir hissənin sualtı yollarla inşa edilməsidir.
Qeyd edək ki, sözügedən yeni dəmir yolu layihəsi haqqında hələ 2014-cü ildə “Beijing Times” qəzetində məlumat verilmişdi və Çin-Rusiya-Kanada-Amerika marşrutu üzrə bir dəmir yolu inşa ediləcəyi yazılmışdı.
Lakin müəyyən səbəblərdən dolayı məhz bu ildən layihənin icrası start götürəcək.
Tərcümə etdi: Kamran Xəlilov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay