Bu il ölkədə vaxtı keçmiş kreditlərin həcmi 6,1% təşkil edib
2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 3,1% - 14 milyard 987,5 milyon manata qədər artıb.
Azərbaycan Mərkəzi Bankından Valyuta.az-a verilən məlumata görə, cari ilin may ayının əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 921,5 milyon manat (hesabat dövründə artım 3,2% - İF) və ya bütün kreditlərin 6,1%-ni (2020-ci ilin sonuna 6,1%) təşkil edir.
2021-ci il mayın 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 848,1 milyon manat (artım 2,6%) və ya bütün kreditlərin 19%-i, özəl banklar tərəfindən 11 milyard 763,7 milyon manat (artım 3,4%) və ya bütün kreditlərin 78,5%-i həcmində kredit verilib. Qalan 375,7 milyon manat (artım 0,6%) bank olmayan kredit təşkilatlarının payına düşür.
May ayının əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 10 milyard 836,4 milyon manat (artım 6,2%) milli valyuta, 4 milyard 151,1 milyon manat (azalma 4,1%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 27,7% (2020-ci ilin sonuna 29,8%) təşkil edir.
2021-ci il mayın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 558,7 milyon manat (bütün kreditlərin 17,1%-i) ticarət və xidmət sahələrinin, 778,4 milyon manat (5,3%) energetika, kimya və təbii sərvətlər sektorunun, 564,1 milyon manat (3,9%) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 688,8 milyon manat (4,7%) tikinti və daşınmaz əmlak sahələrinin, 914,8 milyon manat (6,3%) sənaye və istehsal sektorunun, 871 milyon manat (6%) nəqliyyat və rabitə sahələrinin, 7 milyard 44,7 milyon manat (48,3%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Yanvar-aprel aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 5% artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay