TAP hidrogen nəqli üçün ucuz marşrut qismində vacibdir - "Hydrogen Europe"
Trans-Adriatik boru kəməri (TAP) bərpa olunan enerji mənbələrindən hasil olunan hidrogenin nəqli və onun əvvəlcə qarışıq, sonra isə təmiz qaz qismində ixracı üçün ucuz marşrut qismində vacibdir.
Valyuta.az-ın Trendaz-a istinadən verdiyi məlumata görə, bunu "Hydrogen Europe" şirkətinin baş katibi Yorqo Hatsimarkakis deyib.
O bildirib ki, bu amil TAP vasitəsilə hidrogen nəqlini təmin edəcək "White Dragon" layihəsi üçün vacibdir.
Y.Hatsimarkakis əlavə edib ki, enerji mənbəyi qismində qonur kömürdən istifadədən imtina etmək üçün "yaşıl" hidrogen vacibdir, amma bunun istifadəsinin artması üçün vaxt tələb olunacaq.
Qeyd edək ki, "White Dragon" layihəsi sayəsində TAP vasitəsilə hidrogen nəqli üçün imkan yaranacaq. Boru kəməri ilə ildə bir milyard kubmetr hidrogen nəql etmək mümkün olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay