Gəncədə vaksinasiya necə aparılır? - VİDEO
Son günlər Gəncə şəhərində koronavirus pandemiyası əleyhinə vaksinasiya olunmaq istəyənlərin sayında artım müşahidə olunur.
Valyuta.az Baku TV-yə istinadən xəbər verir ki, virusla mübarizənin ən optimal yolunun məhz peyvənd olunmaqdan keçdiyini bildirən şəhər sakinləri könüllü olaraq peyvənd olunmaq istəyir.
Hazırda ölkənin ikinci böyük şəhərinin bir neçə dövlət və özəl tibb müəssisələrində vaksinasiya otaqları yaradılıb. Yanvar ayı ilə müqayisədə indi peyvənd olunmaq istəyənlərin sayı artıb.
Rəsmi məlumata görə, hazırda Gəncə şəhərində gün ərzində 300-dən artıq şəxs peyvənd edilir. Rəqəmlər son bir həftədə daha da artıb. Yanvar ayından bu günə kimi Gəncədə əsasən, “CoronaVac” və “Astrazeneca” vaksinlərində istifadə edilir.
Qeyd edək ki, Gəncədə koronavirusla mübarizə istiqamətində təxminən 6 tibb müəssisəsində xüsusi peyvənd məntəqələri yaradılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay