Bakıda yeni marşrut xətti təşkil edildi
Bakıdakı Binə Atçılıq yaşayış massivini metronun “Ulduz” stansiyası ilə əlaqələndirən yeni 169 nömrəli müntəzəm marşrut xətti təşkil edilib. Yeni xəttin təşkili ilə bağlı qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla verilib.
Bu barədə Valyuta.Az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
“General Auto Company” şirkətinin istismarında olan marşrut xətti mayın 31-dən fəaliyyətə başlayacaq. Sərnişin təlabatına uyğun olaraq marşrut üzrə daşımalara ortatutumlu avtobuslar cəlb ediləcək. Marşrutun hərəkət intervalı sərnişin təlabatına uyğun olaraq tənzimlənəcək. Marşrut xətti üzrə gediş haqqı 40 qəpik təşkil edəcək.
Yeni marşrut xəttinin təşkil edilməsi ilə 14 000 nəfərdən artıq əhalisi olan Atçılıq yaşayış massivi sakinlərinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirilməsi təmin olunacaq.
Dövlət başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığına uyğun olaraq analoji işlər bundan sonra da davam etdiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay