BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
12977

2021-ci il may ayının 1-nə Azərbaycanda kredit portfelinin ümumi həcmi 14 milyard 987 milyon manat təşkil edib.

Mərkəzi Bankdan Valyuta.az verilən məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz az, aylıq müqayisədə isə 1,8 faiz çoxdur.

Bu isə o deməkdir ki, aprel ayı ərzində bankların kredit portfelinin həcmi 250 milyon manata yaxın artıb. Ölkədə problemli kreditlərin həcmi isə 921,5 milyon manat olub və ötən ayla müqayisədə 0,4 faiz (3,3 milyon) artdığı halda, illik müqayisədə 25,2 faiz (310,9 milyon manat) azalıb. Vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit portfelinin 6,1 faizini təşkil edib.

Kreditlərin 2 milyard 848,1 milyon manatı dövlət bankları tərəfindən təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz, aylıq müqayisədə isə 0,8 faiz çoxdur.

Özəl banklar tərəfindən isə 11 milyard 763,7 milyon manat həcmində kredit verilib. İllik müqayisədə kredit həcmi 2,7 faiz az, aylıq müqayisədə isə 2,1 faiz çoxdur. Bir ay ərzində özəl bankların kredit portfelinin həcmi 237,1 milyon manat artıb.

Digər kreditlər isə bank olmayan kredit təşkilatları tərəfindən təmin edilib və onların kredit portfelinin həcmi aprel ayının 1-nə olan göstərici ilə eyni - 375,7 milyon manat olub. Əlavə edək ki, bu illik müqayisədə 7,2 faiz azdır.

2021-ci il may ayının 1-nə olan göstəricilərə əsasən, əhalinin istehlak kreditlərinin (ev təsərrüfatı) həcmi 7 milyard 44,7 milyon manat olub. Bu isə cəmi kreditlərin 47 faizini təşkil edib. İstehlak kreditlərinin həcmi illik müqayisədə 5,1 faiz, ötən ayla müqayisədə isə 2,5 faiz çoxdur. Aprel ayı ərzində istehlak kreditlərinin həcmi 175,4 milyon manat artıb.

Həmçinin, ticarət və xidmət sektoruna 2 milyard 558,7 milyon manat kredit qoyuluşu edilib ki, bu da illik müqayisədə 4,2 faiz, aylıq müqayisədə isə 1,7 faiz çoxdur.

Hesabat dövründə sənaye və istehsal sektoruna 914,8 milyon manat, nəqliyyat və rabitə sektoruna 871 milyon manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna 564,1 milyon manat, energetika, mədənçıxarma, kimya və təbii ehtiyatlar sektoruna 778,4 milyon manat, inşaat və tikinti sektoruna 688,8 milyon manat kredit qoyuluşu edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avtobusdan istifadə edənlərin nəzərinə- Bu gündən...

Messi velosiped biznesinə başlayır

Ölkəmiz oktyabrda genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

AMB ilk dəfə işğaldan azad edilmiş ərazilərdə poçt şöbəsinə bank lisenziyası verib

Agentlik yeni il tədbiri üçün 60 min manat ayırdı

Avro bahalaşdı - Məzənnə

Müştəriləri itirmədən qiymət artımının 10 qaydası - SƏHƏR OXUSU

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Apple" İndoneziyadakı qadağanı qaldıra bilmədi

"Bitkoin"in 100.000 dollara çatmamış dayanan rallisi - "Cantor" müzakirələri

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin