BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
12973

Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı “Azeri MED” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ümumi maliyyə dəyəri 5 993 268. 79 AZN təşkil edən 8 satınalma müqaviləsi imzalayıb.

Valyuta.az Hit.az-a istinadən xəbər verir ki, müqavilələrdə “İntensiv terapiya tibbi ləvazimatların satınalınması”(126465.3 AZN), “Tibbi ləvazimat və dezinfeksiya vasitələrinin satınalınması” (925727.05 AZ), “Reaktiv və PZR testlərin satınalınması” (902348.76 AZN), “Antibakterial və Mukolitik dərman vasitələrinin satınalınması” (602367.01 AZN), “Narkotik və Hepatoprotektor dərman vasitələrinin satınalınması” (520760.55 AZN), “Antiviral dərman vasitələrinin satınalınması” (931682.29 AZN), “İmmunostimulə edici dərman vasitələrinin satınalınması”  (987182.21 AZN) və “Antifunqal və İmmunomodulə edici dərman vasitələrinin satınalınması” (996735.62 AZN) nəzərdə tutulur.

“Azeri MED” QSC bundan əvvəl Dövlət Sərhəd Xidməti ilə zərdab və vaksinlərin, həmçinin tibbi sərf materiallarının satın alınmasını nəzərdə tutan 2 müqavilə imzalayıb.

Müqavilələrin toplam maliyyə dəyəri 441 703.85 AZN-dir.

“Azeri Med” QSC-nin iriməbləğli tenderlərdə qalib gəlməsi təsadüfi deyil. 2 iyul 2004-cü ildə 10 000 manatlıq nizamnamə kapitalı ilə qeydiyyata alınan QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğlu olsa da, şirkətin əsl sahibi Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunun müavini, deputat Kəmaləddin Qafarovdur. Məhz bu faktor “Azeri MED” QSC-nin tenderlərdə qalib şansını birəbeş artırır.

Araşdırmalar zamanı bəlli olur ki, MOM-un tenderlərində bir qayda olaraq “Azeri MED” QSC qalib elan edilir. Hətta bəzi hallarda MOM tender keçirmədən belə, şirkətlə iri məbləğli müqavilələrə bağlayır. Məsələn, bir müddət əvvəl məlumat yayılmışdı ki, MOM heç bir tender olmadan QSC ilə 43 milyonluq alqı-satqı həyata keçirib.

“Azeri Med” QSC hüquqi ünvanı hazırda  Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Bundan əvvəl isə şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Bu ünvanda Kəmaləddin Qafarov və ailə üzvləri də qeydiyyatdadır.

Yeri gəlmişkən, dövlət satınalmalarının vahid elektron portalında “Azeri MED” QSC-nin Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) 2000296061 olaraq qeyd edilib. Lakin araşdırmalarımız zamanı bəlli olub ki, bu VÖEN “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aiddir. VÖEN-in yanlış göstərilməsi texniki yanlışlıq ola bilər.

Dövlət satınalmalarının elektron portalında bu cür xətalara rast gəlinir. Lakin VÖEN-in qəsdən yanlış qeyd edilməsi də istisna deyil. Bu halda məqsəd çaşqınlıq yaratmaqla şirkətlə bağlı bilgiləri gizlətmək, yaxud sadəcə çaşqınlıq yaratmaq ola bilər.

Hər halda Kəmaləddin Qafarov deputatdır, qanunvericilik isə Milli Məclis üzvünün bizneslə məşğul olmasını yasaqlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkədə ilk smart televizor istehsal ediləcək

“Bank VTB Azərbaycan”ın rəhbərlərindən biri bankdan ayrılır

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

“Microsoft” tədris proqramını istifadəyə verib - İstənilən şəxs pulsuz iştirak edə biləcək

Yeni rüsum müəyyənləşdi - 100 manat tutulacaq

Paytaxtın bu ərazisində su olmayacaq

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın®

2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

Gömrük Komitəsində əməliyyat - Vəzifəli şəxslər həbs edildi

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən CAVAB

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

DİM imtahanları yoxlayan markerlərə 1 milyon manat əməkhaqqı ödəyib

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

Rubl və avro ucuzlaşdı - Günün məzənnəsi

Bakıda mənzil qiymətinə qarajlar satılır - 85 min manat

Kriptovalyuta bazarında yüksəliş müşahidə olunur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin