Aramızdakı təhsil proqramlarla əlaqədar heç bir problem ola bilməz – Ziya Səlçuk
“Bizim aramızdakı təhsil proqramları, təhsilin inkişafı, gələcəklə bağlı görüləcək işlərlə əlaqədar heç bir problem ola bilməz. Biz hamısını həll edərik”.
Valyuta.az xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə səsləndirib.
Bunların texniki tərəfləri ilə dövlət başçısını narahat etmək istəmədiyini deyən Z.Səlcuk qeyd edib ki, həmkarı, dostu ilə birlikdə nə lazımdırsa, artıqlaması ilə edəcəklərini diqqətə çatdırıb:
“Heç narahatlığınız olmasın. Sizin əmrləriniz bizim üçün kifayətdir. Bu çərçivədə peşə fəaliyyəti ilə bağlı imzaladığımız protokol da hazırda həyata keçirilir. Bu gün də onunla bağlı müzakirələri davam etdirəcəyik. Bizim əlaqələrimiz, münasibətimiz rəsmi münasibətdən də yüksək səviyyədə davam edir. Proseslərin, işlərin sürətləndirilməsi üçün nə lazımdırsa, birlikdə edirik”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay