BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
12878

“COVID-19 pandemiyasının davam etdiyi bir ildən artıq müddətdə müxtəlif dünya ölkələrində karantin rejiminin yumşalmaları insanlarda “təhlükəsiz şərait” təəssüratı yaradır”.

Valyuta.az xəbər verir ki, bu fikri Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev səsləndirib. 
 
Ölkədə karantin rejiminin yumşaldılmasına münasibət bildirən V.Abdullayev qeyd edib ki, belə bir vəziyyətdə insanlarda yaranan arxayınlığın COVID-19-un yayılmasının qarşısını almaqda həlledici rolu olan profilaktika tədbirlərinə əməl edilməməsinə səbəb olmaqla xəstəlik hadisələrinin yenidən artmasına şərait yaratmasının şahidi olmuşuq: 

“Lakin inanırıq ki, artıq uzun müddətli karantin rejimi dövründə vətəndaşlarımızın adət etdiyi fərdi qorunma vərdişləri belə bir arzuolunmaz nəticələrdən kənar olmağa imkan verəcək”.

Onun sözlərinə görə, yumşalmalar dövründə insanlar daha da ehtiyatlı olmalı, özünü və digərlərini hələ ki, ətraf mühitdə dövr edən təhlükəli virusa yoluxma risklərindən qorumaq üçün bütün mümkün tədbirləri, xüsusən yuxarıda qeyd etdiyimiz profilaktik qorunma tədbirlərini görməlidirlər: 

“Unutmaq lazım deyil ki, COVID-19 üzərində tam qələbə çalmaq üçün uzun bir müddət lazımdır və COVID-19 pandemiyası dünya əhalisi üçün ciddi bir təhlükə yaratmaqda davam edir. Yalnız bir statistik məlumata diqqət yetirmək kifayət edər ki, dünya üzrə 2021-ci ilin beş ayında 2020-ci ilə nisbətən koronavirus infeksiyası və bu xəstəlikdən ölüm hadisələri daha çox olub”.

Mərkəz rəsmisi əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə vaksinasiyanın roluna xüsusi önəm verilir: 

“Ölkəmizdə qəbul olunmuş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq bu ilin yanvar ayının 18-dən peyvənd kampaniyasına başlanıb. Hazırda ölkəmizdə ümumilikdə iki milyondan artıq doza peyvənd istifadə edilib, 880 min nəfərdən çox insan 2-ci, yəni tam peyvəndi alıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin