BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
12864
Vüsal Qasımlı: “Qarabağın işğaldan azad edilməsi iqtisadi inkişaf üçün əlavə imkanlar yaradıb”

 

“Artıq Azərbaycanda COVİD-19 pandemiyasının təsiri ilə yaranmış iqtisadi resesiya dayanıb, ilin ortasından iqtisadi artım bərpa olunacaq”

Valyuta.az xəbər veri ki, bu sözləri  ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mayın 26-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə səsləndirib.  

Vüsal Qasımlı bildirib ki, bu ilin ilk 4 ayında qeyri-neft sənayesi 16,5 faiz, kənd təsərrüfatı 2,3 faiz, pərakəndə ticarət 0,1 faiz və informasiya və rabitə xidmətləri 3,8 faiz artım göstərib: 

“Bundan sonrakı müddətdə turizm, nəqliyyat, ictimai iaşə, tikinti və s. sahələrdə də iqtisadi artımın bərpa edilməsi üçün fəaliyyətlər göstərilir. Azərbaycanda fiskal və monetar siyasət, biznes mühitinin təkmilləşdirilməsi, xarici bazarlara çıxış, insan kapitalının inkişafı, korporativ idarəetmə, maliyyəyə çıxış, dövlət satınalmaları, vergi-gömrük inzibatçılığının sadələşdirilməsi istiqamətində aparılan işlər iqtisadi artımı sürətləndirməyə hesablanıb”. 

Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi və regional kommunikasiyaların açılması perspektivi iqtisadi inkişafımız üçün əlavə imkanlar yaradıb: 

“Dövlət-özəl dialoqu davamlı şəkildə iqtisadiyyatın əsas çağırışlarının müəyyən edilməsi və problemlərin həll edilməsində əməkdaşlıq üçün əhəmiyyət kəsb edir. Sahibkarların təşkilatlanması, yeni biznes modelin və biznes mədəniyyətin formalaşması, rəqəmsal həllərin və yaşıl inkişaf prinsiplərinin tətbiqi iqtisadi inkişafda mühüm rol oynayır”. 

Qeyd edək ki, “İqtisadi inkişafda sahibkarlığın rolu” mövzusunda keçirilən görüşə 100-dək sahibkar qoşulub və ölkəmizdəki mövcud biznes mühiti müzakirə edilib, onları narahat edən məsələlər dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin