BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
12825

Bakıda "1 manatlıq" taksilər adlandırılan avtomobillərin qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Məsələ ilə bağlı müəyyən istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkətini normallaşdırmaq planlaşdırılır.

Valyuta.az Baku.ws-ə istinadən xəbər verir ki, "1 manatlıq" taksilərə qarşı görüləcək tədbirlər 3 qrup insanı əhatə edəcək.

Belə ki, bu taksilərin xidmətindən istifadə edən şəxslər heç də "1 manatlıq" taksilərin şəhərdən yığışdırılmasını istəmir. Çünki vətəndaşlar bu taksilər vasitəsilə istədikləri məkana vaxtında və rahat şəkildə yetişirlər. Digər tərəfdən bu taksilərin sürücüləri də mümkün tədbirlərlə bağlı narahatlıqlarını ifadə edirlər. Onlar da gündəlik qazanc yerlərini itirməkdən qorxdurlar. Üçüncü tərəf isə "1 manatlıq" taksilərin yaratdığı tıxaclardan əziyyət çəkən digər sürücülərdir. Onlar da taksilərin yollarda ikinci və üçüncü zolaqda dayanmaqla böyük tıxaclar yaratmasındn əziyyət çəkirlər.

Mövcud problemin həlli cəmiyyətdə geniş müzakirə olunur. Hər üç tərəfi razı salacaq həll yolu isə böyük maraqla gözlənilir. 

Məsələ ilə bağlı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynova müraciət etdik. O, BAKU.WS-ə bildirdi ki, əslində bu problem ictimai nəqliyyatın fəaliyyəti yetərli olmadığı üçün yaranır:

"Üç qrupa daxil olan şəxslərdən birincisi evə, işə və digər yerlərə rahat getmək istəyənlərdir. Bu insanların tələbini qarşılayan ictimai nəqliyyat olmalıdır. Tələblərə uyğun səliqəli, qanuni və təhlükəsiz ictimai nəqliyyat olmalıdır. Bu nəqliyyat olmadığına görə, insanlar alternativ yollara, taksilərə üz tuturlar”.

Hüquqşünas hesab edir ki, şəhərdə fəaliyyət göstərən bu taksilərə bir manatlıq taksilər adının verilməsi düzgün deyil: 

“Taksilərə bu ad verilməklə sanki onlara bir status verilir. Psixoloji olaraq beyinə yeridilir ki, bu şəxslər nə istəsələr, edə bilərlər. Bunun qarşısını almaq lazımdır. Fikrimcə, sərnişin axınını qarşılamaq üçün ictimai nəqliyyat təşkil olunmalıdır. Avtobus marşrutları elə qurulmalıdır ki, hər şeyi əhatə etsin. Misal üçün Pirallahı qəsəbəsindən Koroğlu metosunun qarşısına gələn çoxlu sayda insan var. Onlar yol boyu heç yerdə dayanmadan Koroğlu istiqamətinə və əksinə hərəkət edirlər. Bunu təşkil etmək üçün ekspress marşrut təşkil etmək olar”.

Onun sözlərinə görə, Sovet dövründə də oxşar marşrutlar var idi və kiçik tutumlu avtobuslar fəaliyyət göstərirdi: 

“10-15 nəfərlik sərnişinləri daşımaq mümkündür. Bunun üçün hərəkət sxemi, növbəlilik və peşəkar sürcülər əsas şərtlərdəndir. Əgər bu ekspress marşrutlar təşkil olunarsa, manalıq taksilərdən istifadə edənlərin bir hissəsi artıq azalacaq. Manatlıq taksi sürücüləri işsiz qalmaması üçün onlar sürücü kimi marşrut xəttlərinə işə götürmək mümkündür. Həmin şəxslərə müəyyən təlimlər keçməklə ekspress xətlərdəki fəaliyyətini təşkil etmək olar".

Ekspert əlavə etdi ki, sərnişin axınını qarşılamaq məqsədilə müxtəlif variantlarda istimai nəqliyyat olmalıdır: 

"Nə qədər ki, ictimai nəqliyyat olmayacaq, insanlar alternativ vasitələrə üz tutuacaqlar. Belə olan təqdirdə manatlıq taksi xidmətləri ortaya çıxır.

Lakin ümumilikdə taksi xidməti həmişə olacaq. Çünki taksi qapıdan qapıya prinsipi ilə işləyir. Bəzi şəxslər dayanacağa getmək istəmir, işi təcili olur. Fərdi qaydada getmək istəyənlər də olur. Bu məsələdə taksi xidmətini nizama salmaq lazımdır. Taksi standartları tədricən tətbiq olunmalıdır. Sürücülər peşəkar olmalıdır, avtomobillər təbələrə cavab verməlidir. Digər tərəfdən taksi sürücülərinin yol hərəkət qaydalarına iayət etməsinə nəzarət edilməlidir. Heç bir himayəçilik, qayda pozuntularına göz yummaq olmamalıdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin