Xəbər
26.05.2021 / 13:07
"Paşa Holdinq"ə bağlı 2 şirkət birləşdi
12822
"Vurğun YK" MMC (VÖEN: 1400141941) fəaliyyətinə xitam verilərək "PMD Group" MMC-yə (VÖEN: 1701459191) qoşulduğunu elan edib.
Valyuta.az xəbər verir ki, bu barədə məlumat "Vergilər" qəzetinin saytında yerləşdirilib.
Məlumat üçün bildirək ki, "Vurğun YK" MMC 1996-cə ildə dövlət qeydiyyatına alınıb. Çoxmərtəbəli yaşayış binalarınn tikintisilə məşğul olan “Vurğun YK” bu ilin fevral ayında təşkilatı-hüquqi formasını dəyişərək MTK-dan MMC-yə çevrilib.
“PMD Group” MMC isə 2013-cü ildən fəaliyyət göstərir. MMC-nin kənd təsərrüfatı, emal sənayesi, tikinti, daşınmaz əmlak, bankçılıq kimi müxtəlif sahələrdə fəaliyyət göstərdiyi qeyd olunur.
Qeyd edık ki, hər iki şirkətin hüquqi ünvanı "Paşa Holdinq"lə eyni ünvanda – Nefçilər pr. 153-də yerləşir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay