
26.05.2021 / 12:28
Kameral vergi yoxlaması necə aparılır?
12810
Vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır.
Dövlət Vergi Xidmətindən Valyuta.az-a bildirilib ki, yoxlama zamanı kənarlaşmalar müəyyən edildikdə vergiödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.
Həmçinin hesabat dövrü ərzində dövriyyəsi olmayan, lakin müəyyən xərcləri olan, elektron qaimə-faktura əldə edən vergiödəyicisinin fəaliyyəti kameral vergi yoxlaması zamanı risk meyarı kimi qəbul edilir. Bununla bağlı isə vergi orqanı vergiödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay