BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
12806

Neft bazarında diqqətlər 2015-ci ildə bağlanmış, ancaq əvvəlki ABŞ Prezidenti Donald Trampın qərarı ilə ABŞ-ın çıxdığı nüvə razılaşmasının yenidən bərpa edilib edilməyəcəyinə çevrilib. Məlumata görə, Vyanada keçirilən danışıqlarda sanksiyalar məsələsində ümumi çərçivədə razılaşma təmin edilib, diplomatlar son detalları müzakirə edirlər. 

Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, sanksiyaların və neft embarqosunun ləğv edilməsilə ən optimist ssenaridə İranın son aylardakı gündəlik 2.4 milyon barrel olan neft istehsalının gündəlik 4 milyon barrelə yüksələcəyi gözlənilir. Lakin bəzi təşkilatlar neft istehsalındakı artımın uzun müddətdə reallaşacağını düşünür və buna görə qiymətlərə təsirinin məhdud olacağına inanır. 

Dünyada peyvəndləmənin sürətlənməsilə neftə tələb artır. Eyni zamanda, OPEC+ üzvləri arasında hasilat məhdudiyyətlərinin davamlılığı barədə ciddi fikir ayrılığı yoxdur. Bəs belə bir şərtlərdə İranın da yenidən bazara daxil olması haqqında təşkilatlar nə düşünür?

"Goldman Sach"a görə, İranın yayın sonuna qədər oyuna geri dönəcəyi ehtimalı artıq neft qiymətlərində əks edilib. Eyni zamanda, peyvəndləmənin genişlənməsilə neftə tələb yaxşılaşır. Ölkələrin iqtisadiyyatlarında və səyahətlərdə yaxşılaşma gözlənilir. Bu səbəbdən neft qiymətlərindəki yüksəliş davam edəcək. Hər nə qədər İyul ayında İran aqresiv bir şəkildə bazara daxil olsa da, "Goldman Sach" 2021-ci ilin 4-cü rübündə Brent neftinin qiymətinin 80 dollara yüksələcəyini  təxmin edir. 

"Citigroup" isə əsas ssenarisində İranın iyul-avqust aylarında istehsalını gündəlik 500 min barrel artıracağını gözləyir. Təşkilat İranın hasilatını ilin son rübündə daha 100 min barrel, 2022-ci ildə isə daha gündəlik 700 min barel artıracağını təxmin edir. 

"Barclays" İran ilə razılaşmanın ilin ikinci yarısında neft qiymətlərinə təzyiq yaradacağını gözləyir. Təşkilat, 2021-ci il üzrə orta qiymət proqnozlarını Brent nefti üçün 66 dollar, ABŞ xam nefti üçün isə 62 dollar olaraq qoruyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin