BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
12763

Ötən gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclasında Lider TV də daxil olmaqla, bir sıra kanalların lisenziyalarının qüvvəsinə xitam verildi və xüsusilə Lider televiziya kanalının bağlanması müzakirə obyekti oldu. Hazırda kimi həmin kanalları əvəzləyəcək televiziyalara ehtiyacın olduğunu, kimi isə ümumiyyətlə, bunun əksini düşünür.

Maraqlıdır, Azərbaycan televiziya kanalları ilə bağlı daha hansı addımlar atıla bilər? Bağlanan kanalları əvəzləyən olacaqmı?

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, teletənqidçi, Əməkdar jurnalist Qulu Məhərrəmli bununla bağlı açıqlama verib. 

Q.Məhərrəmli bildirib ki, MTRŞ-nın televiziya məkanında gedən proseslərə biganə olmaması,  tendensiyalar üzə çıxarması, prosesləri təhlil etməsi, müəyyən nəticələr ortaya qoyması yaxşı haldır:

 

"Yayımı dayandırılan Lider kanalı ilə bağlı məsələ yeni deyil. Çünki həmin kanalın proqram siyasətində müəyyən problemlərin mövcudluğu, iqtisadi cəhətdən müflis olduğu, işçilərinin uzun müddətdir maaş almadığı və.s göz qabağında idi. Şəxsən hansısa media qurumunun fəaliyyətini dayandırmasını istəməzdim, lakin reallıqlarla barışmaq lazımdır. Bağlanan kanalları hansısa media qurumu əvəz edəcək, ya etməyəcək, məncə bunun üzərində çox ciddi düşünməyə ehtiyac var. Azərbaycanda özəl televiziyaların hansı bir-birindən fərqlənir? Çox cüzi şəkildə bəzi kanlların xəbər proqramları fərqlənə bilər. Amma yerdə qalanların demək olar ki, eyni yayım siyasəti var, konsepsiyalar, yanaşmalar xeyli oxşardır. Ona görə də yeni kanal olacaqsa, bu, tamamilə fərqli olmalıdır”.

Q.Məhərrəmli qeyd edib ki, Azərbaycanda xüsusi olaraq maarifçilik kanalının olmasına ehtiyac var:

"Mədəniyyət, idman kanallarının olduğu bəllidir. Yaxud düzdür, ARB Günəş olsa da, bununla yanaşı, uşaqlar üçün ayrıca dövlətin himayəsində olan kanalın, eləcə də, Yaponiya və ya digər inkişaf etmiş ölkələrdə olduğu kimi ayrıca təhsil kanalının olması yaxşı olardı. Çünki cəmiyyətimizin ən çox buna ehtiyacı var”.

Tanınmış media eksperti Zeynal Məmmədli isə saytımıza açıqlamasında bildirdi ki, söhbət sərbəst bazardan gedirsə, televiziya kanallarının fəaliyyəti tamaşaçı marağı ilə bağlıdır:

"Tamaşaçıların bu kanallara baxması, onların reytinqinin olub-olmaması və televiziyaların öz fəaliyyəti üçün media reklam bazarından maliyyə qazana bilməsi və.s önəmli məsələlərdir. Amma bizdə problemlərə diaqnoz qoymaq çətindir, çünki media reklam bazarı şəffaf deyil, məlumatlar açıqlanmır, televiziyaların nə qədər gəlir götürdüyünü bilmək olmur. Biz heç dövlətdən maliyyələşən televiziyaların reklam gəlirləri ilə bağlı rəqəmləri öyrənə bilmirik, o ki qaldı, özəl kanallara. Ona görə də, söhbət kanalların öz maliyyə ehtiyaclarını təmin etmə bacarığından gedir. Görünür, özəl televiziyaların hamısı konkret sponsorlardan, kimlərdənsə asılı olur və onların müstəqilliyi ilə bağlı birmənalı fikir söyləmək də çətindir. Bu baxımdan televiziyaların sıradan çıxmasına təbii baxmaq lazımdır. Əgər öz maliyyə ehtiyaclarını təmin edə bilmirlərsə, bunu anlamaq olar”.

Ekspert vurğulayıb ki, hansısa televiziyaya ehtiyac olub olmadığı ilə bağlı sosial sorğular aparılmalıdır:

"Çox təəssüf ki, bu da edilmir. Azərbaycan elə də çox tamaşaçısı olan ölkə deyil. Potensial əhalisi 10 milyondur, amma onun nə qədər hissəsinin xarici, nə qədərinin yerli televiziyalara baxdığını bilmirik. Sərbəst reklam bazarı olarsa, güclülər, ehtiyac olanlar qalacaq. Bu mənzərə də aydın olmadığından, konkret söz demək çətindir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

İş yerində dəyişikliklərə necə tez uyğunlaşmaq olar? – SƏHƏR OXUSU

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin