BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
12760

“Bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin maya dəyərinin hesablanması lazımdır”.

Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputatın fikrincə, maya dəyəri hesablanmalıdır ki, bu, sonradan elektrik enerjisinin qiymətinin bahalaşmasına gətirib çıxarmasın: 

“Digər tərəfdən Azərbaycanda əksər regionlar günəşlidir. Vətəndaşların evlərinin üzərinə günəş panellərinin qoyulması mümkün olacaqmı?”

Deputat Asim Mollazadə bildirib ki, alternativ bərpaolunan enerji ilə bağlı qanunun qəbul edilməsi işğaldan azad edilmiş torpaqlara qayıdış üçün zəruridir: 

“Hamı gözəl bilir ki, Azərbaycanın neft strategiyası uğurlu olub. Biz çalışmalıyıq ki, Azərbaycanda alternativ bərpaolunan enerji mənbələrdən istifadə genişlənsin. Hətta Azərbaycanda günəş panelləri istehsal edilməlidir. Məhz Azərbaycanda emal olunan sistemlərlə alternativ bərpaolunan enerji mənbələrindən istifadə genişlənməlidir”.

Deputat Fazil Mustafa qeyd edib ki, Azərbaycanın ən çox gecikdiyi sahələrdən biri bərpaolunan enerji məsələsidir: 

“Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyasını təklif etməsi, orada yaşıl enerji zonalarının yaradılması məsələləri bərpaolunan enerji üzərində bu məntəqələrin qurulmasının təşviq edilməsi cəmiyyəti düşünməyə vadar etdi. Bu günə qədər bu sahə ilə bağlı qurumların fəaliyyəti tam effektsiz olub. Biz elə mexanizm qurmalıyıq ki, bu sahənin nə qədər vacib olduğunu göstərə bilək. Vətəndaşların çoxu bunun mahiyyətini heç bilmir. Bərpaolunan enerji variantında vətəndaş daha ucuz qiymətə bu enerjini ala biləcək. Türkiyədə istirahət zonalarında elə bir ev yoxdur ki, üzərində günəş panelləri quraşdırılmasın. Mütləq bu sahəni dirçəltmək lazımdır. Ya Türkiyədən, ya Avropadan bu sahəni bilən mütəxəssisi gətirib başa qoymaq lazımdır. Əsas kadr məsələsidir. Bu sahədə kadr məsələsini biz həll etməliyik”.

Deputat Sadiq Qurbanov bildirib ki, burada ən böyük üstünlük yaşıl tarifin tətbiqidir: 

“Zəmanətli alıcı anlayışı mövcud olacaq. Burada monopolist sözü aradan qaldırılacaq. Biz bu gün istehlakçı ola-ola istehsalçıya çevrilə biləcəyik. Fiziki şəxslər 10 meqavata qədər enerjini heç kimdən icazə almadan günəş panellərini alıb gətirib özü istifadə edə bilər. Bunu satmaq məqsədilə edəndə isə artıq hərracda iştirak etməli olacaqlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Legend Group" inzibati məsuliyyətə cəlb edildi

Qışda Ukraynada gündə 20 saata qədər rabitə kəsintisi gözlənilir

Çin avqustda Rusiyadan nə qədər neft və qaz alıb? - MƏBLƏĞ

"Xaliq Faiqoğlu" ilə "Az Filter" arasında nə baş verib?

Almaniyada qaçqınların sayı rekord həddə çatıb - Müharibədən sonra ilk...

"Volkswagen" 30 min işçinin ixtisarını müzakirə edir

"Sumqayıt Tibb Mərkəzi" məhkəmə qarşısında

Mərkəzi Bank bu şirkətə protokol yazdı

ABŞ və üç Avropa ölkəsi Rusiya xammalından asılıdır - KİV

Macar nazir: "Ukraynanın qaz tranzitini dayandırması bizi maraqlandırmır"

Valyuta tənzimi qaydalarının pozan şirkət cərimələndi

Avropa Ukrayna ərazisindən qaz tranzitini saxlamaq variantlarını axtarır

Rusiya ilə Aİ arasında ticarət dövriyyəsi bir il sonra ilk dəfə artdı

"Aqrar Tədarük və Təchizat" ASC 33 minlik katric alır

Büdcədən ən çox hansı sahələrə pul ayrılmalıdır? - ŞƏRH

"Azer Tech" barəsində protokol tərtib edildi

Paytaxtın bu küçəsində hərəkət tam məhdudlaşdırılacaq

Prezident Qarabağ Universitetinin və yataqxanasının açılışında (YENİLƏNİB)

Qızılın qiyməti tarixi rekordunu yenilədi

Prezident Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi

"Koç" Holdinq biotexnologiya şirkətinin 65 faizini satın aldı

Neft sənayesi işçiləri təltif edildi (SƏRƏNCAM)

Dünyanın ən ucuz şəhəri Abuca, ən bahalısı Honq Konqdur - Siyahıda Bakıda var

Kapital Bank-dan neftçilərə qızıl kimi təklif®

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

“Azpul” krediti gecikdirənləri kütləvi şəkildə məhkəməyə verə bilər?

"Yüksəliş"in qalibinə nazirlikdə vəzifə verildi

Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlərin sayı azalıb - Son 10 ilin göstəriciləri

Saxta qumar-kazino saytları qurub 10 milyonlarla manat mənimsəyən şəbəkə ifşa olundu (VİDEO)

Saxta qumar-kazino saytları qurub 10 milyonlarla manat mənimsəyən şəbəkə ifşa olundu (VİDEO)

“CPM-İnvest”in birjadakı itkiləri yarım milyard manatı ötüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin