BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
12689

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 229,6 milyon manat vəsait də nəzərə alınmaqla, 2020-ci ildə təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 11,4 faiz həcmində (2019-cu illə müqayisədə 1,2 faiz-bənd çox) və ya 3003,9 milyon manat vəsait yönəldilib.

Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu da 2019-cu illə müqayisədə 517,6 milyon manat və ya 20,8 faiz çoxdur. Son 5 ildə (2016-2020-ci illər) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,6 faiz-bənd, natural ifadədə isə 1019,9 milyon manat və ya 1,6 dəfə artıb. 

Funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsait istisna olmaqla), təhsil xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 1632,1 milyon manatı və ya 58,8 faizi ümumi təhsil xərclərinin (2019-cu illə müqayisədə 367,8 milyon manat və ya 29,1 faiz çox), 500,5 milyon manatı və ya 18,0 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (məktəbdənkənar təhsil müəssisələrinin, ərazi maliyyə hesablaşma mərkəzlərinin və mərkəzləşdirilmiş mühasibatlıqların saxlanılması saxlanılması xərcləri, publik hüquqi şəxslərə maliyyə yardımının (subsidiya) ayrılması, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri və təhsil sahəsində digər tədbirlər) (2019-cu illə müqayisədə 95,3 milyon manat və ya 25,3 faiz çox), 318,3 milyon manatı və ya 11,5 faizi ali təhsil xərclərinin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Bakı Xoreoqrafiya Akademiyasının, Ədliyyə Akademiyasının və digər təhsil müəssisələrinin fəaliyyətinin təminatı ilə bağlı xərclər) (2019-cu illə müqayisədə 86,7 milyon manat və ya 37,4 faiz çox), 207,5 milyon manatı və ya 7,5 faizi məktəbəqədər təhsilin, 68,6 milyon manatı və ya 2,5 faizi orta ixtisas təhsilinin (2019-cu illə müqayisədə 8,2 milyon manat və ya 25,5 faiz çox) 4,0 milyon manatı və ya 0,1 faizi təhsil sahəsində tətbiqi tədqiqatların, 2,7 milyon manatı və ya 0,1 faizi əlavə təhsilin (2019-cu illə müqayisədə 1,0 milyon manat və ya 60,2 faiz çox) maliyyələşdirilməsinə yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq təhsil xərcləri üzrə (cari) əməyin ödənişinə 2099,8 milyon manat (2019-cu illə müqayisədə 571,5 milyon manat və ya 37,4 faiz çox ), malların (işlərin və xidmətlərin) satın alınmasına 435,1 milyon manat, subsidiyalara, qrantlara və digər ödənişlərə 45,6 milyon (2019-cu illə müqayisədə 10,9 milyon manat və ya 31,4 faiz çox), sosial ödənişlərə 125,3 milyon manat (2019-cu illə müqayisədə 42,1 milyon manat və ya 50,6% çox), qeyri-maliyyə aktivlərinin (sosial, mədəni və məişət təyinatlı obyektlərinin əsaslı təmiri və yenidənqurmasına, maşın və avadanlıqlar, istehsalatda istifadə olunmayan qeyri-maddi aktivlər və s.) alınmasına 68,4 milyon manat (2019-cu illə müqayisədə 27,5 milyon manat və ya 67,2 faiz çox) vəsait sərf edilib. Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının 2019/2020-ci tədris ilində 30,0 faizədək artırılması təmin edilib.

2020-ci ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 12,8 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin