Ötən il neft sektoru üzrə mənfəət vergisindən daxilolmalar ciddi artıb
2020-ci ildə Azərbaycanın neft sektoru dövlət büdcəsinə mənfəət vergisi üzrə 727,7 milyon manat proqnoza qarşı 797,1 milyon manat ödənişlər həyata keçirib. Bu, 69,4 milyon manat (9,5 %) çox, 2019-cu illə müqayisədə isə 299,6 milyon manat (27,3 %) azdır.
Valyuta.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.
Qanunda qeyd edilir ki, neft sektoru üzrə mənfəət vergisindən daxilolmaların 24,3 %-i və ya 193,4 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), 75,5 %-i və ya 603,7 milyon manatı neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkillatların payına düşüb.
2020-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə Hasilatın Pay Bölgüsü sazişləridən mənfəəət vergisi üzrə artımın səbəbi xam neftin ixrac qiymətinin dövlət büdcəsinin hesablanması zamanı təsdiq edilmiş göstəricidən 8,7 ABŞ dolları çox olması ilə əlaqədardır.
2019-cu ilə müqayisədə neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkilalarının mənfəət vergisi üzrə 227,3 milyon manat, SOCAR üzrə 72,4 milyon manat az vəsait dövlət büdcəsinə daxil olub. Azalma 2019-cu illə müqayisədə 2020-ci ildə OPEC+ sazişi çərçivəsində, habelə koronavirus (COVID-19) pandemiyası səbəbindən neft həcmlərinin azalması və xam neftin dünya bazar satış qiymətinin aşağı olması ilə əlaqədardır.
Ötən il neft sektoru üzrə mənfəət vergisindən daxilolmalar 10 %-dək artıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay