
19.05.2021 / 18:24
Bu il ölkədə tikinti materialları istehsalı artıb
12448
Azərbaycanda 219,7 milyon manatlıq tikinti materialları istehsal olunub.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz artıb.
Emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 87,2 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 59,3 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 39,2 faiz, tikinti gipsinin istehsalı 25,5 faiz, tikinti əhənginin istehsalı 18,3 faiz, tikinti kərpicinin istehsalı 5,7 faiz, sementin istehsalı 5,7 faiz artmış, asfaltın istehsalı isə 82,9 faiz azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay