BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
12374

"Gömrük Komitəsi bu günə qədər yaranma fəlsəfəsinə uyğun fəaliyyət göstərməyib. Komitənin orta əsrlərdən bəri yaranma fəlsəfəsi ondan ibarət olub ki, daxili bazarı qorusun və istehsalçılara dəstək olsun. Amma bizdə komitə o prinsiplə işləmir. Gömrük Komitəsinin ləğv olunub olunmaması məsələsindən öncə, bu prinsipə riayət olunan bir sistem formalaşmalıdır”.

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı, REAL partiyasının icraçı katibi Natiq Cəfərli ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Bakı Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatla bağlı danışarkən bildirib.

N.Cəfərli qeyd edib ki, Gömrük Komitəsinin ən çox yığdığı vəsait əlavə dəyər vergisidir: 

"Adından da göründüyü kimi, bu, vergi növü olsa da, gömrük yığır. Bu da doğru deyil və həmin səlahiyyət vergilər orqanlarına verilməlidir. Əgər bu mümkün olsa, o zaman Gömrük Komitəsinin ayrıca qurum kimi fəaliyyət göstərməsinin heç bir mənası qalmır. Ümumiyyətlə, büdcəyə daxil olan vəsaitlərin bir mərkəzdə cəmlənməsi daha doğru olardı. Ona görə də İqtisadiyyat nazirliyinin tərkibində vergi orqanı olaraq bir departament kimi fəaliyyət göstərməsi ümumi vergi-gömrük siyasətinin bir mərkəzdən, eyni fəlsəfə ilə idarə olunmasına səbəb ola bilər.

Dünya praktikasında da nadir hallarda gömrük müstəqil qurum olaraq mövcuddur. Bir çox ölkələrdə vergi və gömrük orqanları Maliyyə ya da İqtisadiyyat nazirliyinin tərkibində fəaliyyət göstərirlər. Azərbaycanda da belə bir sistemə keçməyin vaxtı çoxdan çatıb”.

İqtisadçı bir neçə ay bundan əvvəl komitənin sədri Səfər Mehdiyevin "Azərbaycanda inhisarçılıqla bağlı bircə fakt göstərin, istefa verəcəm” bəyanatını da qeyri-ciddi adlandırıb: 

“Çünki inhisarçı heç vaxt qapısına "mən inhisarçıyam” deyə yazmır. İnhisarçılıq bazarda olan vəziyyətlə əlaqədardır. Yəni, bazarın 30 faizindən yuxarı hissəsinə nəzarət edən şirkətlərə inhisarçılar deyilir və anti-inhiharsıçılıq qanunvericiliyə görə, bunlar nəzarətə götürülməlidir. Ona görə də Səfər Mehdiyev elə öz əlində olan gömrük deklarasiyalarına baxıb görə bilər ki, ölkəyə gətirilən məhsullarda şirkətlərin faizi nə qədərdir. Elə şirkətlər var ki, eyni şəxsə məxsusdur. Bir neçə şirkətlər ölkəyə gətirilən məhsulların elə növləri var ki, az qala 100 faizinə nəzarət edirlər. İnhisarçılıq budur".

Onun fikrincə, Səfər Mehdiyevin həmin açıqlaması çox yersiz idi və Azərbaycanda inhisarçılıq, korrupsiyanın olması artıq heç kimdə şübhə doğurmur: 

“Ona qalsa, korrupsiyanın da olmadığı ilə bağlı Səfər Mehdiyev dəfələrlə bəyanatlar, mətbuata açıqlamalar vermişdi. Elə dünənki əməliyyat onu sübut etdi ki, gömrük orqanlarında korrupsiya faktları da var”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanda təəssüf ki, məmurların istefa mədəniyyəti formalaşmayıb:

"Bizdə vəzifə həm də qoruyucu qalxandır. Məmurlar anlayırlar ki, istefa versələr, qoruyucu qalxandan məhrum olacaqlar. Bizdə həmçinin qəribə tendensiya da mövcuddur. İşdən çıxarılan məmurların sabahısı gün və ya elə həmin gün axşamı bütün saytlarda varidatları haqqında məlumatlar dərc olunur – daşınan, daşınmaz əmlakları, vəsaitləri, obyektləri. Deməli bunu hamı bilir, sadəcə o, vəzifədə olduğu müddətdə onu qoruyucu qalxan kimi müxtəlif məsələlərdən müdafiə edir.

Səfər Mehdiyev də gözəl bilir ki, istefa versə, sabahısı gün ortalığa çıxarılmayan bütün varidatı, obyektləri həmən mətbuata da açıq olacaq”. 

Onun sözlərinə görə, nə qədər qəribə səslənsə də, bizdə ən şəffaf sahələrdən biri korrupsiyadır: 

“Hamı hər şeyi çox gözəl bilir. Məmurların vəzifədən qazanc məqsədilə istifadə etməsi və o qazandığı vəsaitin qoruyucu qalxanına çevrilməsi ölkədə istefa mədəniyyətinin formalaşmamasına gətirib çıxarır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Aprel ayının pensiyaları ödənildi

Baş həkim klinikasına lift qoymağa icazə üçün 95 min verdi - Mənimsənildi

Könül Mehdiyeva UEFA-dan təyinat alıb

Bu ölkədən saqqızın kilosunu 50 manata alırıq

AMB kiberdələduzluqla bağlı nəzarətin gücləndirilməsi üçün banklara göstəriş verib

Sabah hava yağmursuz olacaq

Azərbaycanda inflyasiya 6 faizə çatır

Azərbaycanda inflyasiya 6 faizə çatır

2025-ci ilin ən yaxşı hava limanları açıqlandı - SİYAHI

Hansı banklar sistem əhəmiyyətli sayılacaq? - Mərkəzi Bankdan qərar

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 milyon ayrıldı

Noutbuk istehsalçıları ABŞ-a tədarükləri dayandırdı

Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi

Natəvan Bayramova vəzifədən getdi

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Bu ixtisaslar üzrə ballar artacaq

Hərbi jurnalistə vəzifə verildi

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Xanlar Vəliyev sabah hakim təyin ediləcək

Azərbaycanda yeni olimpiya kompleksləri tikiləcək - 15 milyon ayrıldı

Zabrat qəsəbəsində su olmayacaq - Bu tarixdə

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı SƏRƏNCAM

Nazirlik maye qaz doldurma məntəqəsinin fəaliyyətini dayandırdı

Tramp 75-dən çox ölkə üçün “gömrük rüsumlarını” azaldıb

Almaniyada yeni hökumət qurulur

Almaniyada yeni hökumət qurulur

Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb

Utilizasiyaya verilən avtomobillər üçün güzəşt məbləği artırılır? (VİDEO)

Magistratura imtahanında iştirak bahalaşıb

Rubl bahalaşdı, avro ucuzlaşdı

Azərbaycan neftinin qiyməti 64 dollara düşüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin