
10.05.2021 / 17:32
\"Clubhouse\" artıq \"Android\" üçün tətbiqi də işə salıb
12204
“Clubhouse” sosial şəbəkəsi “Android” əməliyyat sistemi üçün rəsmi tətbiqini işə salıb.
“Report” xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.
Hələlik tətbiq beta versiyada və yalnız ABŞ ərazisində işləyəcək. Bir müddət sonra digər ingilis dilli ölkələrin sakinləri, daha sonra isə dünyanın qalan hissəsi də “Clubhouse”a qoşulacaq.
Növbəti bir neçə həftədə developerlər istifadəçilərin şikayət və müraciətlərini toplayacaq, səhvləri düzəldəcək və bir neçə funksiya əlavə edəcəklər.
Qeyd edək ki, “Clubhouse” platforması keçən ilin aprel ayından bəri mövcuddur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay