BAKU Azərbaycan
33.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Neftçala rayon sakinlərinin rayonun Xolqarabucaq bələdiyyəsinin sabiq sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna daxil olmuş kollektiv müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Neftçala rayon prokurorluğundan Valyuta.az-a bildirilib ki, istintaqla, Qismət Qəfərovun bələdiyyə sədri işləyərkən ayrı-ayrı şəxslərdən qaimə-faktura və ödəniş tapşırıqlarından qanunsuz istifadə etdiyi müəyyən edilib. 

Belə ki, o bununla müxtəlif texnoloji avadanlıqların, mebel əşyalarının və yanacaq məhsulunun alınması ilə bağlı bələdiyyənin büdcəsindən həmin şəxslərin hesabına müəyyən pul məbləğlərini ödəməklə öz şəxsi məqsədləri üçün istifadə edərək ümumilikdə xeyli məbləğdə bələdiyyə əmlakını mənimsəyib. 

Bundan başqa icarə müqaviləsinin müddətinin uzadılması məqsədilə müraciət etmiş kənd sakini Anar Əmrahova zor tətbiq etməklə qəsdən sağlamlığına yüngül zərər vurub.

Qismət Qəfərov Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 309.2 (zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Kənd Təsərrüfatı Nazirliyi “Ayın Fermeri” müsabiqəsini elan edir

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Avropa zavodlarında işəgötürmə tempi rekord səviyyəyədir

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxdu

Bərpa olunan enerji mənbələri əməkdaşlıq üçün perspektivli sahədir - Nazirlik

Nazir proqnoz verdi: “AzerGold” 2035-ci ilədək 16 minə yaxın işçi cəlb edəcək

Mayda STAR neft emalı zavodu xam neft idxalını 14 faiz azaldıb

Gürcüstanda epidemioloji vəziyyət kəskinləşdi

“Urals” neftinin qiyməti 60 faiz artıb

Sərhəddə müxtəlif adda dərman preparatları saxlanıldı

“Pfizer” və “Moderna” Avropa üçün peyvənd qiymətlərini artırdı

Baş nazir qərar verdi: 20 ölkədən uçuşlara icazə verildi

Böyük Kəsik–Ağgöl yolunun tikintisinə 2,2 milyon manat ayrıldı – SƏRƏNCAM

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

Təhsil Nazirliyi V qrant müsabiqəsinin nəticələrini açıqladı

Azərbaycanda müştərilərə verilən kreditlərin həcmi açıqlandı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları cüzi artıb

“Saudi Aramco” bitkoin mayninq edəcəyi ilə bağlı şayələri təkzib edib

11 saylı poliklinikada saxta COVİD-19 pasportu satılıb (Baş Prokurorluq/DİN)

11 saylı poliklinikada saxta COVİD-19 pasportu satılıb (Baş Prokurorluq/DİN)

IT sahəsində Azərbaycanla əməkdaşlıq ikitərəfli münasibətlərin prioritetidir - AÇIQLAMA

Bütün xəbərlər
-->