BAKU Azərbaycan
25.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
12124

Pirallahı rayon İcra Hakimiyyəti açıqlama yayıb.

Valyuta.az xəbər verir ki, İcra Hakimiyyəti İkinci Qarabağ müharibəsi iştirakçısı, taqım komandiri, baş leytenant İqbal Səfərovun açıqlamalarına münasibət bildirib.

Həmin açıqlamanı təqdim edirik:

Rayonumuzda şəhid ailələri və qaziləri narahat edən problemlər dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Pirallahı rayonunda şəhid ailələri, müharibə veteranları və iştirakçılarına xüsusi qayğı göstərilir.

Səfərbərlik Xidməti tərəfindən ehtiyatda olan zabit kimi Vətən müharibəsinə qatılmış İqbal Səfərov Rayon İcra Hakimiyyətində 2 dəfə yüksək səviyyədə qəbul edilmişdir. Torpaqlarımızın erməni işğalçılarından azad olunmasında xidmətlərini nəzərə alaraq İ.Səfərov Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən “Fəxri fərman”la təltif olunmuş və o, səmimi qəbullara və diqqətə görə öz minnətdarlığını bildirmişdir. Bildiririk ki, “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinə 2 nəfər Vətən Müharibəsi iştirakçısı işə götürüldükdən sonra İ.Səfərov ordudan təxris olunmuş və Rayon İcra Hakimiyyətinə işlə bağlı şifahi müraciət etmişdir. Qəbullar zamanı o, uzun müddət Naxçıvan Muxtar Respublikasında Gömrük orqanlarında çalışdığını və bundan sonra da orada işləmək istədiyini bildirmişdir. Bununla yanaşı 2 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Rahim Əliyevin verdiyi məlumata görə o, 2 dəfə  Məşğulluq Mərkəzinə müraciət etmiş və ona ixtisasına uyğun işlər təklif edilmişdir. Lakin İ.Səfərov Gömrük orqanlarında işləmək arzusunda olduğunu bildirmiş, təklif edilən işlərdən imtina etmişdir. İ.Səfərov Məşğulluq Mərkəzinin müdiri Rahim Əliyevdən onun Gömrük orqanlarında işlə təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin ona bildirilmişdir ki, bu onların səlahiyyəti çərçivəsində deyil və Gömrük orqanlarında işə qəbul müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Qeyd edək ki, İ.Səfərova həmçinin Özünüməşğulluq proqramı çərçivəsində paket sənədlər təqdim edilmiş, Məşğulluq Mərkəzinə gəlməsi tövsiyə edilmişdir.

Bildiririk ki, Rayon İcra Hakimiyyətində 2 nəfərlik xadimə ştatı vardır və həmin ştatlar üzrə xanımlar çalışır. Göründüyü kimi İ.Səfərova süpürgəçi işinin təklif edilməsi absurddur və qeyri mümkündür. Onun Gömrük orqanlarından ayrılmasının səbəbləri bizə məlum deyildir. Bu cür vətənpərvər müharibə veteranının hərəkətləri təəssüf doğurur".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İcra hakimiyyətinin abadlıq işləri bağlı tenderi baş tutmadı

"Atəşgah Sığorta" və "PAŞA Sığorta"dan şikayətlər artır

"2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?

Dünyanın ən bahalı 5 brendi - ADLARI

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

Yaponiyada atalara 30 həftəlik məzuniyyət verilir - Bizdə bu hələ tənzimlənməyib

Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?

"Onlara normal maaş verilməsi üçün imkanlar var" -Deputat

Qeyri-iş günlərində qatarlar bu qrafiklə işləyəcək

"Liverpul" 150 milyona oyunçu ALDI

"Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?

Restoran və kafelərin taleyini həll edən "food cost" necə hesablanır?

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO

Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

DSMF-nin İdarə heyətinin sədrinə müşavir təyin edildi

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

II və III qruplarda ən yüksək balı onlar topladılar - ADLARI

Mayın 25-də keçirilən qəbul imtahanının nəticəsi elan edildi

Maskın sərvəti 8 milyard insan arasında bölünsəydi, hərəyə nə qədər düşərdi?

Bu balığı İrandan 3 manat 91 qəpiyə alırıq

Tağı İbrahimovun səhhəti ağırlaşır - Vəkili həyati təhlükə barədə xəbərdarlıq edir

Ən etibarlı Çin avtomobilləri - Ekspertlər açıqladı

Təhsillə bağlı iki qanunda dəyişiklik edilir

Azərbaycanlı mayora Rusiyada vəzifə verildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin