BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
12100

“Dövlət rüsumu lisenziya, icazə, sertifikat verilməsində, qeydiyyata alma, sənəd verilməsi və notariat hərəkətlərinin aparılması kimi hallarda tələb olunur”. 

Valyuta.az xəbər verir ki, bu sözləri hüquqşünas Şəhriyar Həbilov bildirib. 

Ödənilmiş rüsum məbləğlərinin qaytarılması və dövlət rüsumu ödəməkdən azadolma və ilə bağlı suallara aydınlıq gətirən hüquqşünas bildirib ki, "Dövlət rüsumu haqqında" Qanuna əsasən, dövlət rüsumu dövlət orqanlarının göstərdiyi xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən vəsaitdir.

Dövlət rüsumunun milli valyutada ödənildiyini və ödəmədən sonra ödənişi təsdiq edən sənədin təqdim edildiyini deyən Şəhriyar Əbilovun sözlərinə görə, aşağıdakı hallarda ödənilmiş dövlət rüsumu geri qaytarıla bilər:

“Artıq ödənilmə hissəsində rüsumun qaytarılması, ərizə baxılmamış saxlandıqda, qaytarıldıqda (bu hallara məhkəmə işlərində daha çox rast gəlinir), notariat hərəkətləri icrasından imtina edildikdə və məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə rüsum geri qaytarılır. Düzgün tutulmayan və ya artıq ödənilən rüsum barədə 5 il ərzində rüsumu tutan quruma iddia vermək mümkündür. Rüsum 45 gün müddətində verilir”.

Ş.Həbilov, qanuna görə, aşağıda göstərilən şəxslərin rüsum ödəməkdən azad olduğunu diqqətə çatdırıb:

“İlk öndə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı iddiaçılar gəlir. Daha dəqiq desək, işçinin əməyi düzgün ödənilmirsə, yaxud işçi işəgötürənə qarşı əmək fəaliyyətindəki qanun pozuntusu ilə bağlı məhkəmədə iddia qaldırırsa, rüsum ödəməkdən azaddır. Boşanma işləri, yaxud boşanmadan da ər-arvada qarşı aliment iddiası qaldırıldıqda bu iddialara görə rüsum tutulmur. Şikəstlik, səhhətə vurulan zərər, ailəni dolandıranın ölümü ilə bağlı dəyən zərər üzrə iddia qaldırıldıqda da rüsum ödənilmir. Müəlliflik hüququ ilə bağlı mübahisələrdə iddiaçı rüsum ödəməkdən azaddır. İstehlakçı hüququ pozulduqda məhkəməyə müraciət edən istehlakçı rüsum ödəməkdən azaddır. Cinayət, aliment işləri ilə əlaqədar sənədlər verilməsinə görə rüsum tutulmur”. 

Ekspert, inzibati hüquq münasibətlərindən yaranan işlərdə (bir tərəfdə dövlət qurumu çıxış edən) də rüsumun tutulmadığını vurğulayıb:

“Eləcə də öz hüquqlarının müdafiəsi ilə əlaqədar yetkinlik yaşına - 18 yaşa çatmayanlar rüsum ödəməkdən azaddır. Məhkəmə qərarlarından şikayətlər, qiyabi icraat üzrə qərarlara yenidən baxılması üzrə verilən ərizələr zamanı da rüsum ödənilmir. Həmçinin, məhkəmədə verilən iddialarla bağlı şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər rüsum ödəməkdən azad olunublar. Məhkəmə aktlarını verməyə görə də rüsum tələb edilmir”.

Ş.Həbilov sonda vurğulayıb ki, dövlət rüsumlarının həcmi və tutulan hallar barədə “Dövlət rüsumu haqqında” Qanunda ətraflı məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

Rubl və avro ucuzlaşdı - Günün məzənnəsi

Bakıda mənzil qiymətinə qarajlar satılır - 85 min manat

Kriptovalyuta bazarında yüksəliş müşahidə olunur

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Hansı süni intellekt modeli nəyi bacarır? - SƏHƏR OXUSU

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin