BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
12086

Artıq xeyli müddətdir ki, “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinə bəzi şəxslərin etibardan sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədi ilə vətəndaşları aldatması və ödəniş edilməsi qarşılığında işlə təmin edilməsi ilə bağlı oxşar müraciətlər daxil olmaqdadır.

Müraciətlərin araşdırılması zamanı məlum olub ki, ölkənin müxtəlif regionlarında bir qrup şəxs tərəfindən “PAŞA Sığorta” ASC adından istifadə etməklə vətəndaşları aldadaraq müxtəlif məbləğlərdə pul vəsaitlərini mənimsənilib. Belə ki, həmin şəxslər insanları müəyyən məbləğdə pul ödənilməsi müqabilində “PAŞA Sığorta” ASC-də işə qəbul ediləcəyi vədiylə aldadıblar. 

Sözügedən məsələ ilə bağlı daxil olmuş müraciətlər və aparılmış araşdırmaların nəticələri əsasında tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət edilib və müvafiq tədbirlər görülüb.

“PAŞA Sığorta” ASC olaraq vətəndaşlarımıza bildirmək istərdik ki, bu cür hallar şirkətimizin işə qəbul siyasətinə ziddir və bu şəxslərin şirkətlə heç bir əlaqəsi yoxdur. “PAŞA Sığorta” və onun əməkdaşları tərəfindən hər hansı bir məsələ ilə bağlı vətəndaşlardan qeyri-qanuni olaraq heç bir pul vəsaiti tələb edilə bilməz. Şirkətdə işə qəbul prosesi iş etikası çərçivəsində və qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaf və hər kəsə bərabər imkanlar yaratmaqla həyata keçirilir. Şirkət tərəfindən elan olunan vakansiyalar şirkətin rəsmi internet saytının “Karyera” bölməsində yerləşdirilir (//www.pasha-insurance.az/career/#vacancies_list) və daimi olaraq yenilənir. Müvafiq vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər öz CV-lərini recruitment@pasha-insurance.az elektron poçt ünvanına göndərə bilərlər.

Bir daha ölkə vətəndaşlarına müraciət edərək maksimum dərəcədə diqqətli olmağa, belə şəxslərə və yalançı vədlərə aldanmamağa çağırırıq. Oxşar təkliflərlə rastlaşdıqda şirkətimizin baş ofisinə və ya bölgələrdəki nümayəndəliklərinə, habelə hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Startaplar üçün vençur studiya yaradıldı - Hansı imkanlar var?

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Bakıda “Maşın bazarı”nda etiraz - VİDEO

Daha bir yüksək vəzifəli məmur yola salınır

Sabiq məmur övladlarının Londondakı şirkətləri maliyyə hesabatlarını açıqlayıblar

Aprelin pensiyası bu tarixdə ödəniləcək - RƏSMİ

Bank, yoxsa BOKT: Hansı daha sərfəlidir?

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin