Səhiyyə
05.05.2021 / 17:20
İcbari tibbi sığorta paketində yaş məhdudiyyəti yoxdur - AÇIQLAMA
11992
“İcbari tibbi sığortanın xidmətlər paketində heç bir yaş məhdudiyyəti yoxdur”.
Valyuta.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.
O bildirib ki, icbari tibbi sığortanın xidmətlər zərfini özəl sığorta şirkətlərində təklif edilən paketlərlə qarışdırmaq olmaz:
“Aprel ayının 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın xidmətlər zərfində heç bir yaş kateqoriyası və ya məhdudiyyət yoxdur. Əgər sizə lazım olan tibbi xidmət xidmətlər zərfində varsa, ondan ödənişsiz şəkildə istifadə edə bilərsiniz”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay