
04.05.2021 / 14:18
Sabiq MTN nazirinə məxsus şirkət ləğv olunur
11904
"Kristal İnşaat" MMC ləğv olunduğunu elan edib.
Valyuta.az-ın Report.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 23a ünvanına bildirə bilərlər.
Xatırladaq ki, şirkət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq naziri Eldar Mahmudovun oğlu Anar Mahmudova məxsusdur. "Kristal İnşaat" MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manat, qanuni təmsilçisi isə Musa Məmməd oğlu Mahmudovdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay