BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
11857

Avropanın 30-dan çox bankı Amerika xidmətlərini sıxışdıra biləcək yeni ödəmə nəhəngi yaratmaq üçün 30 milyon avro maliyyə toplayıb.

Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Forbess.ru” məlumat yayıb.

Bildirildiyi kimi, yeni xidmət mağazalarda ödəniş etməyə, pulköçürmə əməliyyatlarını həyata keçirməyə və bankomatlardan nağd pul çəkməyə imkan verəcək.

“İdeyanın mahiyyəti “PayPal”, “Mastercard”, “Visa”, “Google” və “Apple” ilə rəqabət edə biləcək ödəniş sistemi yaratmaqdan ibarətdir”,  – deyə Avropa Ödəmələr Təşəbbüsünün (EPI) rəhbəri Joachim Schmalzi söyləyir.

Xidməti inkişaf etdirən şirkətlər arasında “Deutsche Bank”, “BNP Paribas”, “ING”, “UniCredit” və “Santander” əsas yer tutur. Onlayn pulköçürmələri daxil olmaqla, xidmətin ilk funksiyaları 2022-ci ilin əvvəlində istifadəyə veriləcək. Həmin ilin ikinci yarısında ödəmə sisteminin funksionallığı genişləndiriləcək.

Qeyd edək ki, Avropada kartla ödəmələr əsasən ABŞ-dakı şirkətlər tərəfindən işlənir: “EuroCommerce” birliyinə görə, Avropadakı beş əməliyyatdan dördü “Mastercard” və “Visa” tərəfindən emal olunur.  Schamlzinin sözlərinə görə, bu cür üstünlük istehlakçı və satıcılara zərər verə bilər. “Biz “oliqopoliyaya” alternativ təklif irəli sürmək və Avropadakı treyderlərə və istehlakçılara seçim vermək istəyirik”, – deyə o bildirir. Onun sözlərinə görə, Avropa təkbaşına amerikan ödəmə xidmətləri ilə rəqabət edə bilməz.

Brüsseldən olan EPI qrupu layihə üzərində doqquz ay əvvəl başlayıb. Xidmətin fəaliyyət planı sentyabr ayına qədər hazırlanacaq, bundan sonra investorlar əlavə maliyyə cəlb edəcək və onun gələcək inkişafına investisiya qoymağa hazır olub-olmadığına qərar verəcək.

Ötən yay layihə Avropa Mərkəzi Bankı tərəfindən dəstəklənib. “On Avropa ölkəsində hələ də AB-nin digər üzv ölkələrinin kartlarını qəbul etməyən milli ödəmə sistemləri mövcuddur. Eyni zamanda mobil cüzdan kimi yenilikçi xidmətlərin sayı artmaqdadır”, – deyə Avropa Mərkəzi Bankı qeyd edib.

Tənzimləyici EPI-nin Avropa maliyyə xidmətlərinin “parçalanması” problemini aradan qaldıra biləcəyinə inanır. Bununla yanaşı, ayrı-ayrı ödəmə xidmətləri bir neçə tapşırığı yerinə yetirdikləri təqdirdə Avropada işləyə biləcəklər: ümumavropa əhatə dairəsi, müştərilər üçün rahatlıq, iqtisadi səmərəlik, təhlükəsizlik və qloballıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin