BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
11779

“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a dəyişiklik edilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb. 

Qaydaların ikinci hissəsi üzrə 2.1.1-ci yarımbəndə edilən dəyişikliyə əsasən uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Bununla da qərarda COVID-19-a dair testin növü müəyyənləşdirilib.  

Eləcə də digər bəndlər üzrə uyğunlaşdırmalar aparılıb. 2.1.3-cü və 2.1.4-cü yarımbəndlərinə dəyişikliklər edilib. 2.1.3-cü bənd üzrə Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcıların öhdəlikləri təsnifatlaşdırılıb.  2.1.4-cü yarımbəndindən sonra 2.1.5-ci yarımbəndi əlavə edilib. Əlavəyə əsasən arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin ediləcək.

Həmçinin, 2.6-cı bəndə düzəliş edilərək aviaşirkətlərin reyslərində daşınmasına icazə verilən əl yükləri müəyyənləşdirilib. Aviaşirkətin qaydalarına əsasən yalnız qeyd edilən şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilir: qadın əl çantası və ya kişi portfeli, ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto və videokamera, portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir), üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir), gül dəstəsi, uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi, çətir, uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar, ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qarabağ bölgəsində 150 ​​min yeni iş yeri açılacaq

Sabiq nazir müavininə Naxçıvanda yüksək vəzifə verildi

Kokosu bu ölkədən alırıq - 1 kiloqramını 3 manatdan

Ölkədə ilk smart televizor istehsal ediləcək

“Bank VTB Azərbaycan”ın rəhbərlərindən biri bankdan ayrılır

Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək

“Microsoft” tədris proqramını istifadəyə verib - İstənilən şəxs pulsuz iştirak edə biləcək

Yeni rüsum müəyyənləşdi - 100 manat tutulacaq

Paytaxtın bu ərazisində su olmayacaq

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Vətəndaşların bank kartlarından 67 min manat oğurlandı

Restoran və şadlıq saraylarının sahiblərinə xəbərdarlıq

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın®

2 bal və 60 manat cərimə - DYP xəbərdarlıq etdi

Gömrük Komitəsində əməliyyat - Vəzifəli şəxslər həbs edildi

Birləşdirilən institutlarda ixtisarlar olacaq? - Nazirdən CAVAB

Bəzi liseylərin I sinfi üçün müsabiqə yolu ilə qəbul aparılmayacaq

İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

DİM imtahanları yoxlayan markerlərə 1 milyon manat əməkhaqqı ödəyib

Tramp Çini hədələdi: “Əgər gömrük rüsumunu geri çəkməsə...”

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

Azərbaycandakı gizli qumar dünyası necə işləyir?

Bu tarixdə Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Onların pensiya yaşı 20 ilədək azaldılır - DSMF açıqladı

3 milyonluq MMC bir ili tamam olmadan ləğv olundu

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Bazara daha 2 BOKT daxil olur - 1 milyon kapitalla

Neftimizin qiyməti 68 dollara düşüb

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə - SİYAHI

Bir CEO hər şeyi dəyişə bilər?

Bakıda köhnə binaların sökülməsindən sonra mənzillər bahalaşacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin