BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
11469

Milyonlarla insan iki ilə yaxındır dünyanı caynağına alan koronavirus pandemiyasının qurbanı olub. Dünyada COVİD-19 virusuna qarşı müxtəlif vaksinlər icad olunub və vaksinasiya başlayıb. Dünyanın müxtəlif ölkələrinin peyvənd seçimi fərqlidir. COVİD-19 virusunun qarşısını almaq məqsədilə Azərbaycanın seçimi Çin istehsalı olan “Sinovak” peyvəndi olub.

Yaxın zamanda isə Avropa ölkələrinə turist qəbulu başlayacaq. Ancaq bu, Azərbaycan daxil olmaqla, heç də bütün ölkələrə aid edilməyəcək. Belə ki, Avropada Dərman Agentliyi tərəfindən təsdiqlənın peyvəndlər siyahısında "Pfizer/BioNTech", “AstraZeneca”, “Moderna” və “Johnson & Johnson”un adı olduğu halda, Çin istehsalı olan “Sinovak”ın adı yoxdur. Avropa Birliyində tövsiyə olunan peyvənddən istifadə edən şəxslərə 27 Avropa ölkəsinə getməyə icazə veriləcək.

Lakin “Sinovak”ın adı Avropada Dərman Agentliyi tərəfindən təsdiqlənən peyvəndlər siyahısında yoxdur. Belə çıxır ki, hələlik azərbaycanlı turistlər adları sadalanan vaksinlərdən vurulmadığı halda Avropa ölkələrinə gedə bilməyəcəklər.

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı deputat, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşviq Məmmədli Cebhe.info-ya açıqlamasında bildirib ki, vaksin olunan insanların müxtəlif ölkələrə səfər qadağalarının götürülməsi ilə bağlı fərqli fikirlər səsləndirilir:

“Çin istehsalı olan peyvənd məhz Çinə səyahəti yüngülləşdirmək və həmin ölkəyə buraxılışın təmin olunması məqsədi daşıyır”.

Millət vəkili qeyd edib ki, burada müəyyən ayrı seçkilik, iqtisadi maraqların toqquşmasının ön plana çıxması kimi məsələlər var:

“Fikrimcə, konkret olaraq artıq təsdiq olunmuş vaksinlərə bütün ölkələrdə vahid yanaşma tətbiq olunmalıdır. ÜST-ün də mövqeyi bu istiqamətdədir. Lakin Azərbaycana gəldikdə, istər “Sinovak”, istər "Pfizer/BioNTech", “AstraZeneca”, “Moderna” və “Johnson & Johnson” vaksinlərinin tətbiqi gündəmdədir. Azərbaycana idxal “COVAX” platforması çərçivəsində həyata keçiriləcək. Bu platformada vaksinlərin idxalına müəyyən ayrı seçkilik tətbiq olunurdu”.

Müşviq Məmmədlinin sözlərinə görə, bu barədə ölkə rəhbərliyi də çıxışında dəfələrlə qeyd edib:

“Bu ayrı- seçkiliyin yolverilməz olduğu barədə dəfələrlə vurğulanıb. Sonradan COVAX platforması çərçivəsində digər vaksinlərində Azərbaycana idxalına artıq start verilmək üzrədir. Hazırda ixrac olunmasa da, qısa vaxt ərzində Avropa peyvəndləri Azərbaycana gətiriləcək. Bu baxımdan, peyvənd müxtəlifliyinin olması da gözləniləndir. Lakin ən düzgün yanaşma artıq təsdiq olunmuş və üçüncü faza sınaqlarından keçmiş bütün vaksinlərin beynəlxalq çərçivədə qeydiyyata alınmasıdır. Burada müxtəlif korporativ, siyasi- iqtisadi maraqlara yol vermədən, insan sağlamlığını ön planda tutaraq vaksin sertifikatı olan şəxslərin bütün ölkələrə səyahətinin eyni qaydada təmini vacibdir”.

Millət vəkili bildirib ki, bu vaksinlərin Azərbaycana gətirilməsiylə məşğul olan beynəlxalq təşkilat öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir, məsələni yubadır:

“Ümid edək ki, bu məsələ yaxın vaxtda öz həllini tapacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin