BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
11464

"Mövcud idarəetmə sistemi elə qurulub ki, onlar ancaq rüşvət və korrupsiyanın elementidir. Bu oturuşmuş sistem halına gətizdirilib. Bu gün Alimpaşanı çıxardıb yerinə başqasını da qoysalar, idarəetmə sistemi qaldıqca bu proseslər davam edəcək”.

Valyuta.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bunu sabiq deputat Nazim Bəydəmirli Şəmkir Rayon İcra Hakimiyyətində aparılan antikorrupsiya əməliyyatından danışarkən deyib. 

Sabiq deputat hesab edir ki, Azərbaycanda məmur həbslərinə ictimai reaksiya  birmənalıdır:

"Bunlar ictimai fikirdə korrupsiya, eyni zamanda daxili çəkişmələrin nəticələri kimi qiymətləndirilir. Hakimiyyət içində müxtəlif qrupların, yüksək vəzifəli şəxslərin vəzifədən çıxarıldıqdan sonra onlara tabe olan və təqdimatları əsasında vəzifələrə təyin olunan orta və yüksək çinli məmurların həbs olunması haqqında Azərbaycan ictimaiyyətində birmənalı fikir formalaşıb ki, bunlar epizodik xarakterlidir və müxtəlif məqsədlərə xidmət edir. Əsas olaraq mən bu fikirlərlə razılaşıram. Görünən odur ki, hər hansı bir nazir işdən çıxarılanda ona bağlı olan deputatların da mandatları əlindən alınır. Çünki mandatlar onlara həmin nazirlərin vasitələri ilə verilib. Eyni zamanda, icra hakimiyyətləri başçıları ya işdən çıxarılır, ya da həbs olunurlar. Bütün bunlar o fikiri tam formalaşdırır ki, burada əsaslı mübarizədən söhbət getmir”. 

Nazim Bəydəmirli Alimpaşa Məmmədovun bu vəzifəyə necə gəlib çıxmasının hər kəsə aydın olduğunu xatırladıb:

"Hesab etmirəm ki, Alimpaşa indiki fəaliyyət göstərən digər icra başçılarından fərqli işləyib. Onlar eyni sistemlə işləyib, eyni mənimsəmələri var, büdcə vəsaitlərindən və rüşvətlərdən qaynaqlanan müxtəlif varidatlar toplayırlar. Bunlar həmin vəzifələrə bacarıqları və qabiliyyətlərinə görə seçilməyiblər. Müxtəlif qohumbazlıq, yerlibazlıq və digər faktorlarla təyin olunurlar. Lazım olan zamanlarda onları "qurban”lıq edirlər, ya da daha böyük vurulmuş məmurun əlaltısı olduğuna görə bu yolla vəzifədən kənarlaşdırırlar. Mən deputat olduğum vaxtlarda onların nazirlərə necə yaltaqlanmasının şahidi olmuşam. Gözümlə də görmüşəm, idarəçiliyini də bilirəm. Hesab edirəm ki,  Azərbaycanda yaltaqlıq və dövlət vəsaitlərini bu yolla mənimsəmək, özünün ölkə başçısına sədaqətli göstərmək mənimsəmələrə xidmət edir. Daha çox vəsait mənimsəmək üçün abartılı şəkildə özlərindən yuxarı vəzifəlilərə yaltaqlıq  nümayiş etdirirlər. Onlar bilir ki,  onların mövcud vəziyyəti bundan asılıdır”.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətində antikorrupsiya əməliyyatı keçirilib. Əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, icra başçısının köməkçisi və müavininin saxlanıldığı deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 milyon ayrıldı

Noutbuk istehsalçıları ABŞ-a tədarükləri dayandırdı

Konstitusiya Məhkəməsinin hakimi təqaüdə göndərildi

Natəvan Bayramova vəzifədən getdi

Bu nazirliklər Bakıdan köçürülə bilər - ADLAR

Bu ixtisaslar üzrə ballar artacaq

Hərbi jurnalistə vəzifə verildi

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Xanlar Vəliyev sabah hakim təyin ediləcək

Azərbaycanda yeni olimpiya kompleksləri tikiləcək - 15 milyon ayrıldı

Zabrat qəsəbəsində su olmayacaq - Bu tarixdə

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı SƏRƏNCAM

Nazirlik maye qaz doldurma məntəqəsinin fəaliyyətini dayandırdı

Tramp 75-dən çox ölkə üçün “gömrük rüsumlarını” azaldıb

Almaniyada yeni hökumət qurulur

Almaniyada yeni hökumət qurulur

Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb

Utilizasiyaya verilən avtomobillər üçün güzəşt məbləği artırılır? (VİDEO)

Magistratura imtahanında iştirak bahalaşıb

Rubl bahalaşdı, avro ucuzlaşdı

Azərbaycan neftinin qiyməti 64 dollara düşüb

Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər açıqlandı

Azərbaycanın hərbi prokurorları - SİYAHI

Bəzi ixtisasların tədris müddəti azaldılacaq - RƏSMİ

"Bitcoin" 81 min dollar oldu - Kriptovalyutaların qiyməti artdı

Hansı rəng daha çox satır? - Marketinqin ən rəngli sirləri - SƏHƏR OXUSU

Hansı rəng daha çox satır? - Marketinqin ən rəngli sirləri - SƏHƏR OXUSU

Azərbaycan kiloqramı 17 manatdan ilbiz alıb

Deputatın şirkətinə 500 manatlıq sifariş

Çinin yeni sürprizi: USB-C-ni belə kölgədə qoyacaq kabel standartı - GPMI

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin