BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
11404

"Bu ilin I rübündə Türkiyədən Avropaya dəmir yolu ilə daşımalar ötən ilin eyni dövrü ilə müqayisədə 26 % artıb".

Valyuta.az Report.az-a istinadən xəbər veirr ki, bunu Türkiyə Cümhuriyyəti Dövlət Dəmiryollarının (TCDD Transportation) Baş direktoru Həsən Pezük deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbi ilə bir çox sektorda olduğu kimi nəqliyyat sektorunda da dəyişikliklər yaşanıb: 

"Pandemiyadan sonra bu dəyişikliklərin yaratdığı yeni reallıqda dəmir yolu, avtomobil və dəniz yolları vasitəsi iləkombinə edilmiş yük daşımalarıyeni qaydada daha çox əhəmiyyət kəsb edəcək. Yük maşını qutuları ilə daşımalar alternativ nəqliyyat imkanı kimi ön plana çıxacaq".

H.Pəzük, uzun məsafəli dəmir yolu daşımalarında yüksək əlavə dəyərli malların daşınmasının artdığını bildirib: 

“Yük maşını qutuları ilə daşımalarındakı artımın, son 18 ildə dəmiryoluna qoyulan investisiyaların nəticəsidir. Dəmir yolu inkişaf etdikcə vaqon növlərinin çeşitləndirilməsi ilə daşınan yüklərin həcmində artım oldu.

Dəmir yolu ilə yük maşını qutuları ilə daşınmasının ekolojı, sərhəd qapılarında keçid və gömrük rahatlığı, səmərəli işçi heyəti, nəqliyyat vasitələrinin istifadəsi və həcm kimi üstünlükləri var. Avtomobil yollarındakı sıxlığı azaltmaqla yanaşı, daşınan malların hər hansısa transfer olmadan son mənzilə çatdırılır”.

“Türkiyənin dünya ilə rəqabətində ən mühüm faktor nəqliyyat sektorudur. Prezidentimizin liderliyində, Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəhbərliyi altında sektorumuzda hamımızı qürurlandıran ilklər var və beynəlxalq dəmir yolu daşımaları ilə ixracatçılarımıza ən böyük dəstək verilir. Ötən il TCDD Transportation olaraq İran istiqamətində daşımalarda 60 %, Bakı-Tiblisi-Qars və Orta Dəhliz vasitəsi ilə daşımalarda 100 %-dən çox və Avropaya daşımalarda isə 25 % artım qeydə alınıb.”- deyə o bildirib.

O, Cümhuriyyət tarixinin rekordlarının qırıldığı dəmir yolu nəqliyyatında artımların bu il də davam etdiyini vurğulayıb: 

“Bu ilin I rübündə 26 % artıma nail olduq. Yük maşını qutuları ilə daşımalarda tələb olduğu təqdirdə, səyahət sayını artırarkən, bu daşımaları fərqli istiqamətlərdə də həyata keçirmək üçün səylərimizi davam etdiririk. Tekirdağ, Ömerli (İstanbul) və Marmaray Boğaz Boru Keçidi ilə Anadolu tərəfdən yük maşını gövdəsinin nəqlinə başlamağı planlaşdırırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin