BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8655
  • RUB
    1.9702
  • TRY
    0.0447
  • GBP
    2.1734
11378

Qazax rayonunda fəaliyyət göstərən və rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova yaxınlığı ilə bilinən fermer təsərrüfatının satıldığı bildirilir.

Valyuta.Az yeniavaza-a istinadla xəbər verir ki, 22.04.2021-ci il tarixində Dövlət Vergilər Xidmətinin reyster məlumatlarında bununla bağlı müvafiq dəyişiklik aparılıb.

Belə ki, “Qazax rayonu Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC-nin qanuni təmsilçisi (direktoru) Babaşov Emin Məmmədqulu oğlunun yerinə Əliyev Ərşad Ədalət oğlu təyin olunub.

Məlumat üçün bildirək ki, Rəcəb Abas oğlu Babaşov ölkə başçısnın 19 may 2016-cı il tarixli sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Rəcəb Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan cəmi 11 gün sonra “Qazax rayonu Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC adlı şirkət dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Babaşov Emin Məmmədqulu oğlu olub.

Son 4 ildə Qazaxda minlərlə hektar torpaq sahəsində əkin əkən “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” rayonun ən böyük təsərrüfatlarından birinə çevrilib.

Məsələn 2018-ci ildə Qazax rayonunda əkiləcək 990 hektar kartofun 250 hektarı və ya 1/4-i “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nın payına düşüb.

Həmin il “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” 1502 hektar sahədə taxıl, 40 hektar sahədə isə tütün əkib.

Maraqlıdır ki, əvvəllər Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi işləyən Rəcəb Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 11 gün sonra yaranan və qısa müddətdə sürətlə böyüyən bu şirkətin başında əslən qazaxlı olmayan şəxs dayanıb.

“Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nın qanuni təmsilçisi Babaşov Emin Məmmədqulu oğlunun İcra Başçısı Babaşov Rəcəb Abas oğlunun yaxın qohumu olduğu bildirilir.
Qeyd edək ki, əslən Sabirabad rayonun Qaralar kəndindən olan Rəcəb Babaşovun yaxın qohumu olduğu bildirilən Məmmədqulu Babaşov uzun illər Sabirabad rayonunda 35 saylı Yol İstismar İdarəsinin müdiri olub.

Hazırda həmin idarəyə Məmmədqulu Babaşovun oğlu Əliqulu Babaşov rəhbərlik edir. “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nın qanuni təmsilçisi Emin Babaşovun da Əliqulu Babaşovun qardaşı olduğu bildirilir.

Onu da bildirək ki, Rəcəb Babaşovun atası Babaşov Abas Əliqulu oğlu 1938-ci ildə anadan olub və kənddə Hacı Abas olaraq tanınır. Rəcəb Babaşovun bibisi oğlu Həsən Həsənov isə uzun illərdir Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hərbi jurnalitsə vəzifə verildi

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Xanlar Vəliyev sabah hakim təyin ediləcək

Azərbaycanda yeni olimpiya kompleksləri tikiləcək - 15 milyon ayrıldı

Zabrat qəsəbəsində su olmayacaq - Bu tarixdə

Prezidentdən Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı SƏRƏNCAM

Nazirlik maye qaz doldurma məntəqəsinin fəaliyyətini dayandırdı

Tramp 75-dən çox ölkə üçün “gömrük rüsumlarını” azaldıb

Almaniyada yeni hökumət qurulur

Almaniyada yeni hökumət qurulur

Bir gündə vətəndaşların 40 min manatı bank kartlarından oğurlanıb

Utilizasiyaya verilən avtomobillər üçün güzəşt məbləği artırılır? (VİDEO)

Magistratura imtahanında iştirak bahalaşıb

Rubl bahalaşdı, avro ucuzlaşdı

Azərbaycan neftinin qiyməti 64 dollara düşüb

Bakıda 200-ə yaxın bina söküləcək - Ərazilər açıqlandı

Azərbaycanın hərbi prokurorları - SİYAHI

Bəzi ixtisasların tədris müddəti azaldılacaq - RƏSMİ

"Bitcoin" 81 min dollar oldu - Kriptovalyutaların qiyməti artdı

Hansı rəng daha çox satır? - Marketinqin ən rəngli sirləri - SƏHƏR OXUSU

Hansı rəng daha çox satır? - Marketinqin ən rəngli sirləri - SƏHƏR OXUSU

Azərbaycan kiloqramı 17 manatdan ilbiz alıb

Deputatın şirkətinə 500 manatlıq sifariş

Çinin yeni sürprizi: USB-C-ni belə kölgədə qoyacaq kabel standartı - GPMI

Qusarın dağ kəndinə 1 milyon manatdan artıq turizm yatırımı

Dövlət qurumlarına avtobus satan şirkətin sahibinə “stop” qoyula bilər

55 avtomobil cəmi 123 000 manata - Növbəti avtomobil hərracı keçiriləcək

İsveç saatlarının idxalına nə qədər xərclənib?

Trampın "90 günlük fasilə"si və Çin üçün daha da artırılan faizlər

Bu ölkə Azərbaycana kiloqramı 32 manatdan dondurma satır

AİB Azərbaycanda büdcə kəsirinin azalmasını proqnozlaşdırır - Hansı sektorlar qazanacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin