BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
11305

Təəssüflər olsun ki, koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar öz təsdiqini tapmağa başlayır. Yay mövsümündə yoluxma sayının azaldığı ölkələrdə sentyabrda yenidən yoluxma sayında aktivləşmə qeydə alınmağa başlayıb. Azərbaycanda da avqusta nisbətən yoluxma sayında artım qeydə alınır. Vətəndaşlar qaydalara riayət etmədiyi, tibbi maska taxmağı təqdirdə yoluxmanın daha da artacağı ehtimal edilir.

Valyuta.az xəbər verir ki, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində, iyuldakı kimi yoluxma sayı artarsa, karantin rejiminin yenidən sərtləşdirilə biləcəyini diqqətə çatdırıb.

Vasif Əliyev, daha da diqqətli olmağı tövsiyə edib:

“Yumşaldılmaya gedilməsi o demək deyil ki, artıq biz bu bəladan tam qurtulmuşuq. Ara məsafəsi qorunmalıdır, özəlliklə qapalı məkanlarda maska taxılmalıdır, şəxsi gigiyena qaydalarına mütəmadi olaraq əməl olunmalıdır ki, biz bu xəstəlikdən özümüzü qoruya bilək”.

Həmçinin uşaqların tibbi maskadan istifadə etməsi mövzusuna da toxunan həkim-İnfeksionistin sözlərinə görə, uşaqların tibbi maskadan istifadəsi mütləq deyil:

“10 yaşdan aşağı olan uşaqlarda, ibtidai sinifə gedən uşaqlarda maskanın istifadəsi ilə bağlı dünyada tövsiyə yoxdur. Çünki böyük insanlar belə maskadan düzgün istifadə edə bilmir, ona görə də uşaqların bunu yalnış istifadə etməsi xeyirdən çox zərərə səbəb ola bilər”.

Payız ayları həm də qrip virusunun daha çox aktiv olduğu aylardır. Qriplə COVİD-19-un əlamətləri çox bənzərdir. Bəs koronavirus infeksiyasını qripdən fərqləndirən cəhətlər hansılardır?

Bu sualı cavablandıran TƏBİB rəsmisi bildirib ki, “COVİD-19”un bəzi əlamətləri var ki, bunlar iy bilmə və dad bilmənin itməsidir:

“Bu, qripdən daha çox koronavirusa aiddir. Eyni zamanda qripdə bəzi dərmanlar istifadə olunur ki, bu dərmanlar COVİD-19-un müalicəsində yararlı deyil”.

Qeyd edək ki, ölkəmizdə 39 mindən artıq şəxs COVİD-19 infeksiyasına yoluxub. Onlardan 36 mindən çoxu sağalıb, 500 nəfərdən çoxu isə vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin