BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
11269

Məlum olduğu kimi, Vergi Məcəlləsinə 2017-ci ildə edilmiş dəyişikliklər nəticəsində ödəniş kartları ilə aparılan bəzi əməliyyatlar üzrə vergi dərəcələri müəyyən edilib. Belə ki, Vergilər Məcəlləsinin 169-cu maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Azərbaycan Banklar Assosiasiyasından Valyuta.az-a verilən xəbərə görə, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. 

Ölkə daxilində POS-terminal şəbəkəsi və ya elektron ticarət üzərindən aparılan əməliyyatlarda, eləcə də internet şəbəkəsi üzərindən xarici internet saytlardan məhsul sifarişi edildikdə ƏDV tətbiq edilmir.

Vergilər Məcəlləsinin 101.5-ci maddəsinə əsasən idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Ödəniş kartları ilə aparılan əməliyyatlarda vergi dərəcələrinin tətbiq edildiyi digər sahə isə elektron pul kisələri ilə bağlıdır. Vergilər Məcəlləsinin 125.1-1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Yuxarıda qeyd edilən ödəniş əməliyyatları həyata keçirildiyi təqdirdə banklar tərəfindən hər bir ödəniş əməliyyat üzrə vergilər, o cümlədən ƏDV ödənişləri fərdi qaydada hesablanaraq kart istifadəçisinin hesabında olan vəsaitdən ödənilir. Lakin bir sıra hallarda bankın informasiya texnologiyaları infrastrukturunda aparılan təkmilləşmə işləri və digər səbəblərdən fərdi qaydada və ya kütləvi olaraq bir çox kart istifadəçilərinin apardığı ödəniş əməliyyatları üzrə vergi dərəcələrinin hesablanması zamanında mümkün olmaya bilər.

ABA son zamanlar bir sıra sosial şəbəkələrdə vətəndaşların narazılığına səbəb olan məsələ ilə əlaqədar bildirir ki, bu istisna hal məhz texniki səbəblərdən dolayı baş vermişdir və texniki xətaların olması qaçılmazdır. Hər zaman olduğu kimi, kart istifadəçisi olan müştərilər kart hesablarından vəsaitlərin silinməsi, o cümlədən vergilərin ödənilməsi ilə bağlı banklara birbaşa müraciət edərək əsaslandırılmış formada cavab ala bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin