Maliyyə
21.04.2021 / 17:12
Azərbaycanda problemli kreditlər cüzi artıb – Mərkəzi Bank
11235
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il aprelin 1-nə 918,2 milyon manat təşkil edib.
Mərkəzi Bankdan Valyuta.az-a verilən məlumata görə, bu göstərici martın 1-i ilə müqayisədə 0,1% çoxdur.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 2,8% artıb, son 1 ildə isə 32,9% azalıb.
Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,2% təşkil edib.
Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il martın sonuna isə 8,9% olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay