
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir - RƏSMİ
İran 5 ölkə - Hindistan, Özbəkistan, İndoneziya, Azərbaycan və Vyetnamla preferensial ticarət üzrə müzakirələrini davam etdirir.
Valyuta.az-ın Trend.az-a istinadən verdiyi məlumata görə, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini və Ticarət İnkişafı Təşkilatının sədri Həmid Zadbum jurnalistlərə açıqlamasında deyib.
H.Zadbumun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar müzakirələr əsasən vebinar formasında keçirilir.
O əlavə edib ki, bundan əlavə İran Avrasiya İqtisadi Birliyinə üzv ölkələr və Pakistanla da sərbəst ticarət üzrə müzakirələr aparır.
Nazir müavini deyib ki, İranın Azərbaycan, Rusiya, Çin və Omana ticarət attaşeləri 2-ci ayda (21 aprel -21 may 2021) nəzərdə tutulan ölkələrə göndəriləcək və ticarət attaşeləri səfirlərin nəzarəti ilə strateji plan çərçivəsində fəaliyyət göstərəcəklər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay