Xəbər
17.04.2021 / 14:23
22 şagirdi bir otağa yığaraq dərs keçən repetitor aşkarlandı - DİN
10997
Siyəzəndə repetitor xidməti ilə məşğul olan şəxsin karantin qaydalarını pozması aşkar olunub.
Valyuta.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata görə, polis əməkdaşları rayon ərazisində xidmət aparan zaman Vüqar Abdullayevin 22 nəfər şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib.
V.Abdullayevin törətdiyi qanunazidd hərəkətin qarşısı alınıb, yeniyetmələr isə ailələrinə təhvil verilərək, valideynlərə övladlarının səhhəti ilə bağlı münasibətdə məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay