BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
10913

“Türk Şurasının dövlət başçıları zirvəsində çıxış edən Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayev ikitərəfli ticarəti artırmaq potensialı olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizini önə çıxarıb və onu “Turan Dəhlizi” adlandırıb. Lazımi addımların atılması halında, belə bir istiqamət Avropa ilə Asiyanı birləşdirən ən qısa və təhlükəsiz ticarət yolu ola bilər. Qarabağda əldə olunan razılaşma və burada ortaya çıxacaq yeni nəqliyyat yolları da bunun bir hissəsidir”.

Valyuta.az Pia.az-a istinadən xəbər verir ki, Türkiyənin “Habertürk” qəzetinin jurnalisti Kürşad Zorlu mövzunu geniş şəkildə şərh edib. 

Onun sözlərinə görə, bu şəkildə yalnız Türkiyə deyil, türk dünyasının digər ölkələri də bütün dünyaya daha sürətlə və daha ucuz daşınma həyata keçirəcək: 

“Bu səbəbdən, epidemiyanın təsiri ilə tədarük zəncirlərində mümkün dəyişikliklər gözlənilsə də, Türk Şurası ölkələri nəqliyyatdakı maneələri və pozuntuları aradan qaldırmalıdırlar. Nazarbayevin dediyi bu xətt Avropadan Türkiyəyə (Mərmərənin kritik rolu var), buradan da Azərbaycana, Gürcüstana, Xəzər vasitəsilə Qazaxıstana və Türkmənistana qədər uzanır. Beləliklə, Özbəkistan və Qırğızıstandakı xəttin bir hissəsinə çevrilir. İçərisində Bakı-Tbilisi-Qars dəmir yolu da var. Xəttin digər ucunda isə Çin var. Əslində, dəhlizin Çinə açıldığı yer bu günki Şərqi Türkistandır”.

Söhbətin 4,5 milyard insanla bağlı olan, ildə 800 milyard dollarlıq ticarət həcmindən getdiyini deyən jurnalist qeyd edib ki, ilkin planlara görə, ən azı 4 milyon ton yük daşımaq mümkündür: 

“Keçən ilki təxminlərə görə, Çindən Avropaya yükləmə müddəti 45-60 gün çəkdiyi halda, Turan dəhlizi ilə 12-15 günə endirmək mümkündür. Bu istiqamət üzərində formalaşan ticarət nəqliyyatı Türk Şurası bölgəsini yuxarıdakı Rusiya mərkəzli şimal dəhliz ilə cənubdakı İran mərkəzli dəhliz üçün real hala gətirə bilər. Şuraya qoşulmaq istəyən digər üzvləri nəzərə alsaq, görünür, bu proses sürətlənəcək.

Ancaq siyasi balansı bir kənara qoysaq, Nazarbayevin artıq qeyd etdiyi “Turan Dəhlizi”ndə həm qiymətə, həm də hədəflənən vaxt üstünlüyünə nail olmaq üçün ciddi çatışmazlıqlar var”.

Ötən gün türk yük maşını sürücülərinin problemləri ilə bağlı bir xəbər çıxdığının yazan Kürşad Zorlu vurğulayıb ki, xəbərin əsas mövzusu da yük maşınındakı afişada “Türk dünyası türk yük maşınları üçün qapalıdır” yazılması idi: 

“Bəzi sürücülər nəqliyyatda qarşılaşdıqları problemləri izah etmək üçün bu afişanı hazırlayıblar. Keçid sənədlərindəki nöqsanlara və ödəniş haqqına istinad ediblər. Məsələn, bir yük maşınının Mərkəzi Asiyaya səfəri təxminən 8 min dollardır. Bu zaman da nəqliyyatla əlaqədar nazirliklərarası görüşdə Qazaxıstan tərəfi Xəzər keçidi üçün nəqliyyat xərclərini azaltmağa hazır olduqlarını dilə gətirib.

Aydındır ki, Xəzərdəki gəmi və liman əməliyyatları daha az xərclə və səmərəli şəkildə idarə olunmalıdır. Xəzər tranzit dəhlizinin effektiv olması üçün ilk növbədə Bakı limanı ilə Aktau limanı arasında fəaliyyət göstərən gəmi qiymətləri azaldılmalıdır. Bundan əlavə, Azərbaycanın aldığı pul da azaldılmalıdır. Çünki xərc artdığı üçün Qazaxıstan xətti əvəzinə, Rusiya xəttinə diqqət yetirilir”. 

Yazar düşünür ki, Türk Şurasının da nəqliyyat komissiyası ilə funksiyasını artırmağa çalışdığı “Ro-Ro” şirkətinin nizamsız işləməsi səbəbindən limanlarda parklanma və digər bir çox xərclər meydana gəlir: 

“Həmçinin, daşıyıcılar diqqətlərini yük daşımalarını təmin etməyə yönəldirlər. Əslində, yük doğrudan da var. Ancaq digər iki dəhlizin əsasında şiddətli bir rəqabət baş verir. Türk Şurası ölkələrinin bu baxımdan dinamik bir rabitə şəbəkəsi qurması öz töhfəsini verəcək. Lakin yenə də Şura daxilindəki qardaş limanlar layihəsinin bu problemlər əsasında koordinasiya edilməsi çox vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin